Nəzərinizə çatdırırıq ki, yalnız qabaqcadan qeydiyyata alınmış şəxslər qəbul olunurlar. Qəbula qeydiyyat hər ayın əvvəli saat 11.00-dan saat 13.00-dək dəftərxananın səlahiyyətli şəxsi tərəfindən aparılır. Qeydiyyat üçün müraciət edənin şəxsiyyətini təsdiq edən sənəd və yazılı şəkildə müraciət (ərizə) təqdim edilməlidir. Yazılı müraciət vətəndaş tərəfindən imzalanmalı, vətəndaşın adı, atasının adı, soyadı, ünvanı, yaxud işlədiyi yer göstərilməlidir. Qəbul üçün qeydiyyata alınan şəxs qəbula düşmək istəyinin səbəbini (müraciətin qısa məzmununu) açıqlamalıdır. 

Bildiririk ki, zəbt olunmuş sahələrinin saxlanılması, xüsusi mülkiyyətdə olan mənzillərdə və evlərdə İdarə tərəfindən hər-hansı təmir işlərin aparılması, peyk antennaların quraşdırılması, Qoruq ərazisinə nəqliyyat vasitələri üçün buraxılış kartlarının verilməsi, bloklaşdırılmış kartların aktivləşdirilməsi, təmir işlərinin aparılması ilə bağlı müvafiq növbətçiliyin tezləşdirilməsi kimi məsələlər İdarə rəhbərliyinin keçirtdiyi qəbullarda baxılmır. Qeyd olunan məsələlər ilə bağlı aidiyyəti üzrə İdarənin mənzil-kommunal və təmir xidmətinə müraciət edə bilərsiniz.

Mövcud qanunvericiliyə uyğun olaraq qaz, elektrik enerjisi, kanalizasiya, su təchizatı ilə bağlı məsələlərinin həlli İdarənin səlahiyyətləri xaricində olduğundan müvafiq orqan və təşkilatlara müraciət edilməsi tövsiyə olunur.

Digər müraciət edən şəxslərin və İdarənin işçilərinin vaxtına hörmətlə yanaşmaq, onun səmərəli istifadəsini təmin etmək məqsədilə qəbulda müraciətin qısa və aydın şəkildə ifadə olunmasını, yalnız müraciətə aid olan məlumatların verilməsini Sizdən xahiş edirik.



Adı, atasının adı, soyadı
Vəzifəsi
Qəbul günləri
Qəbul saatı
1
Cabbarov Mikayıl Çingiz oğlu
Rəis
Hər ayın 2-ci həftəsinin
4-cü günü
 
16:00
 
2
Nuriyev Samir Rafiq oğlu
Rəis müavini
Ayda 2 dəfə, 2-ci günlər
 
16:00
 
3
Primov Eldar Əskər oğlu
Aparatın rəhbəri
Ayda 2 dəfə, 3-cü günlər
 
16:00
 
4
Əliyev Elnur Aydın oğlu
Mənzil-kommunal və təmir xidmətinin direktoru
Hər həftənin 1-ci günü
 
16:00
 


Qeyd: Qəbul günləri imtiyazlı şəxslərə şamil edilmir.