Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsinin Əsasnaməsi 2007-ci il 16 may tarixdə Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə təsdiq edilib və İdarə həmin vaxtdan fəaliyyətə başlamışdır. İdarənin yaradılmasının əsas məqsədi İçərişəhər ərazisindəki abidələrin və bütövlükdə memarlıq- şəhərsalma kompleksinin lazımı səviyyədə qorunub saxlanmasının və gələcək nəsillərə çatdırılması üçün özündə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının funksiya və səlahiyyətlərini birləşdirən unikal idarəetmə sisteminin təşkil olunmasıdır.