Heydər Əliyev və İçərişəhər
Ulu öndər
Heydər Əliyevin
85 illik yubiley ilə
əlaqədar olaraq buraxılıb
və əbədi xatirəsinə
həsr edilir

Azərbaycan xalqının milli sərvəti olan İçərişəhər tarix-memarlıq qoruğunun qorunub saxlanılması, geniş təbliğ edilməsi və gələcək nəsillərə çatdırılması Azərbaycan dövlətinin, hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur.

HEYDƏR ƏLİYEV

Bakı şəhərində İçərişəhər Tarix-Memarlıq Qoruğunun mühafizəsi və bərpası ilə bağlı bəzi tədbirlər haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
SƏRƏNCAMINDAN ÇIXARIŞ
17 fevral 2003-cü il

Azərbaycanın paytaxtı Bakı şəhərinin qədim və zəngin tarixi vardır. Ulu əcdadlarımızın bizə yadigar qoyduğu bu gözəl şəhərin hər bir guşəsi, hər bir daşı Azərbaycan xalqının yüksək dühasını, böyük qüdrətini, ulu mədəniyyətini əyani şəkildə nümayiş etdirir. Memarlıq tariximizin daş ensiklopediyası olan Bakı Azərbaycanın hər bir bölgəsində inşa edilmiş qədim tikililərlə qırılmaz tellərlə bağlıdır. Azərbaycanlıların bir neçə nəsli tarix boyu Bakının unikal memarlıq görkəminin formalaşmasına öz töhfələrini vermişdir. Paytaxtımızın əsrlərlə yaradılmış siması özünəməxsus relyef ilə nadir memarlıq incilərinin vəhdətini əks etdirir. Bakı şəhərinin memarlıq abidələri artıq bizim milli mədəniyyətimizin və tariximizin rəmzlərinə çevrilmişdir. Bakı öz milli koloritinə və təkrarolunmaz gözəlliyinə görə dünyanın tanınmış şəhərləri içərisində layiqli yer tutmuşdur.

IV-VIII əsrlərdə Azərbaycanın ərazisində müdafiə xarakterli istehkamlar və qala divarlarının ucaldılması ölkənin təbii sərvətlərinin zənginliyinə, öz dövrü üçün inkişaf etmiş iqtisadi-sosial durumun təşəkkül tapdığına dəlalət edir. Həmin dövrdə Azərbaycanda formalaşmış tarixi mühit ölkə mədəniyyətinin bir çox sahələrinin inkişafına təkan verib. Qədim tarixçilərin və səyyahların qeyd etdikləri kimi, Azərbaycanın Böyük İpək yolunun üzərində yerləşməsi onun Bakı, Naxçıvan, Gəncə, Bərdə, Qəbələ, Beyləqan kimi şəhərlərində memarlıq, xalçaçılıq, dulusçuluq, zərgərlik və başqa sənətlərin inkişafı üçün əlverişli şərait yaradıb. Bəşər tarixinə dahi şair və mütəfəkkir Nizami kimi böyük şəxsiyyətlər vermiş XII əsrdə mədəniyyətin demək olar ki, bütün sahələrində böyük vüsət alan dirçəliş memarlığın, şəhərsalma sənətinin də sürətlə inkişaf etməsinə güclü təsir göstərib.

Bakının ən qədim, vaxtilə bütövlükdə qala divarları ilə əhatə olunmuş hissəsi İçərişəhərdir. Orada bu günə qədər qorunub saxlanılmış müdafiə, dini ibadət, ictimai və məişət xarakterli bir sıra tikililərin və qurğuların mühəndis-memarlıq həllinin kamilliyi xalqımızın mədəniyyət tarixində mühüm yer tutan memarlıq məktəblərinin yüksək peşəkarlıq səviyyəsindən xəbər verir. Öz adlarını İçərişəhərin daş kitabələri üzərində həkk etmiş qədim Azərbaycan memarları və sənətkarlarının zəkası və zəhməti ilə açıq səma altında yaradılmış bu «muzey-şəhər» hər bir azərbaycanlının qəlbində sonsuz qürur hissi doğurur. İçərişəhər Azərbaycan xalqının milli sərvəti, milli iftixarıdır.

İçərişəhər orta əsrlərdə Azərbaycanda yüksək inkişaf etmiş şəhərsalma sənətinin olduqca qiymətli incisidir. Onun ərazisində yerləşən Qız qalası, qala divarları, Şirvanşahlar sarayı kompleksi, məscidlər, karvansara, zorxana, hamam, bazar meydanı və sair obyektlər Azərbaycan memarlıq sənətinin keçdiyi ayrı-ayrı mərhələləri özündə əyani şəkildə təcəssüm etdirən misilsiz abidələrdir.

İçərişəhərin ilk baxışda xaotik tikililər təsiri bağışlayan binalarında daxili bir ahəngdarlıq hökm sürür. Burada meydan, məhəllə, bina və küçələrin quruluşu ərazinin relyefi, təbiəti və iqliminin, Azərbaycan xalqının milli mentalitetinin xüsusiyyətlərini nəzərə almaqla planlaşdırılıb.

İçərişəhərin ərazisində mütəmadi olaraq aparılan qazıntı işləri nəticəsində əldə olunmuş arxeoloji materialların zənginliyi əməli surətdə nümayiş etdirir ki, İçərişəhər Azərbaycan xalqının tarixinin, o cümlədən onun milli dövlətçilik tarixinin bir çox açılmamış səhifələri haqqında, zəngin mənəvi və maddi sərvətlər xəzinəsi barədə dəyərli, mötəbər məlumatlar verən və tədqiqinə hələ də ehtiyac duyulan tükənməz mənbədir. Mütəxəssislər İçərişəhərin qədim yaşayış məskəni olması ilə yanaşı, onun ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkar etdikləri mədəni təbəqələrin Azərbaycan xalqının tarixi və mədəniyyəti üçün xüsusi əhəmiyyətə malik olduğunu müəyyən etmişlər.

İçərişəhəri əhatə edən qala divarları Azərbaycan ərazisindəki digər qədim istehkamlar və müdafiə xarakterli tikililərdən öz orijinallığı və möhtəşəmliyi ilə seçilir. Azərbaycan Böyük İpək yolunun üzərində yerləşən əsas məntəqələrdən biri olduğuna görə, İçərişəhərdə çoxlu karvansara və ticarət binası inşa edilmişdir. XV əsrdə Bakının Şirvanşahlar dövlətinin paytaxtına çevrilməsi ilə əlaqədar olaraq tikilmiş Şirvanşahlar sarayı kompleksi İçərişəhərin simasına xüsusi bir yaraşıq və əzəmət vermişdir. Kompleksə daxil olan saray binası, divanxana, türbə və məscidlər binaların miqyasının məharətlə uyğunlaşdırılması, yerli tikinti materiallarından uğurla istifadə olunması, bədii oymaların və memarlıq elementlərinin ahəngdar şəkildə yerləşdirilməsi ilə seçilir. XIX əsrin ortalarında Bakıda neftin sənaye üsulu ilə istehsalına başlanması İçərişəhərin simasına öz təsirini göstərmişdir. Xalqımızın neçə-neçə nəslinin istedadı və əməyi sayəsində İçərişəhər artıq XX əsrin əvvəllərində Azərbaycanın tarixi və memarlığının unikal abidəsi kimi formalaşmışdır.

1952-1957-ci illərdə İçərişəhərin qala divarları bərpa edilmişdir. O, 1977-ci ildə Azərbaycanın tarix-memarlıq qoruğuna çevrilmiş, 1985-ci ildə isə onun ərazisi Dövlət Tarix-Memarlıq Qoruğu elan edilmişdir. 2000-ci il dekabrın 2-də YUNESKO-nun «Dünya İrs Siyahısı»na daxil edilmiş İçərişəhər təkcə Azərbaycanın deyil, bütövlükdə dünya şəhərsalma sənətinin nadir nümunələrindəndir.

Azərbaycan xalqının milli sərvəti olan İçərişəhər tarix-memarlıq qoruğunun qorunub saxlanması, geniş təbliğ edilməsi və gələcək nəsillərə çatdırılmsı Azərbaycan dövlətinin, hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur.

HEYDƏR ƏLIYEV

Biz azərbaycanlıları birləşdirən milli mənsubiyyətimizdir, milli mənəvi dəyərlərimizdir. Milli mədəniyyətimiz, ədəbiyyatımız, incəsənətimiz, musiqimiz, şerlərimiz, mahnılarımız, folklorumuz bir sözlə xalqımıza mənsub olan adət-ənənələrimizdir.

Heydər Əliyev

Azərbaycan xalqı ötən əsrlərin bütün ağır sınaqları içərisində dilini, dinini, mədəniyyətini saf bir şəkildə qoruduğu kimi, milli bayramlarını, o cümlədən Novruz bayramını da qoruyub saxlamış, hər gəlişini çox böyük arzularla gözlədiyi bu bayramı tarix boyu həmişə əziz tutaraq, onu dərin ehtiram və məhəbbətlə qeyd etmişdir.

Heydər Əliyev

Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara, aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir. Mehribanlıq və qardaşlıq tellərini gücləndirən bu bayram cəmiyyətdə xoş münasibətlər bərqərar edərək, onun üzvlərinin bir-birinə diqqət və qayğısını artırır.

Heydər Əliyev

Novruz hər bir azərbaycanlının qəlbinin bayramıdır, hər bir insanın, ailənin bayramıdır, bizim müstəqil Azərbaycan Respublikasının bayramıdır. Novruz dostluq, mehribanlıq, mərhəmət, mədəniyyət bayramıdır, xalqın qəhrəmanlığını, rəşadətini, şücaətini nümayiş etdirən bayramdır. Novruz xalqımızı bir-biri ilə həmişə daha sıx birləşdirib, insanlarımız arasında mehribanlıq əlaqələri yaradıb, insanları biri-birinə dost edibdir.

Heydər Əliyev

"İçərişəhər Azərbaycan xalqının tarixinin, o cümlədən onun milli dövlətçilik tarixinin bir çox açılmamış səhifələri haqqında, zəngin mənəvi və maddi sərvətlər xəzinəsi barədə dəyərli, mötəbər məlumatlar verən və tədqiqinə hələ də ehtiyac duyulan tükənməz mənbədir."

Heydər Əliyev

"Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında"
Azərbaycan Respublikasının Qanunundan çıxarış
16 may 2003-cü il

Folklor nümunələrinin
hüquqi qorunması sahəsində
Dövlət siyasətinin əsas istiqamətləri

- folklor nümunələrinin qorunub-saxlanılması, inkişaf etdirilməsi və gələcək nəsillərə çatdırılması;
- folklor nümunələrinin hüquqi qorunmasını təmin edən qanunvericilik bazasının yaradılması;
- Azərbaycan xalqına məxsus folklor nümunəlrinin xarici dövlətlərin ərazilərində hüquqi qorunması məqsədilə Beynəlxalq əməkdaşlığa şərait yaradılması.

Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti

"Öz adlarını İçərişəhərin daş kitabələri üzərində həkk etmiş qədim Azərbaycan memarları və sənətkarlarının zəkası və zəhməti ilə açıq səma altında yaradılmış bu “muzey şəhər” hər bir azərbaycanlının qəlbində sonsuz qürur hissi doğurur. İçərişəhər Azərbaycan xalqının milli sərvəti, milli iftixarıdır."

Heydər Əliyev

"Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikasının Qanunundan çıxarış 10 aprel 1998-ci il

Tarix və mədəniyyət abidələri xalqın milli sərvətidir. Dövlət tarix və mədəniyyət abidələrinin qorunmasına təminat verir, onların eımi tədbiqi üçün zəruri urumların yaradılmasını, fəaliyyətini və inkişafını təmin edir, abidələrdən səmərəli istifadə üçün şərait yaradır.

Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti

"Mədəniyyət haqqında" Azərbaycan Respublikasının Qanunundan çıxarış 06 fevral 1998-ci il

Milli mədəniyyətin qorunub saxlanması, onun inkişafına yardım göstərilməsi Dövlət milli mədəniyyətin (Azərbaycan xalqının, o cümlədən Azərbaycan Respublikasının ərazisində tarixən yaşayan və ya məskunlaşmış bütün etnik qrupların özünəməxsus mədəniyyətinin) qorunub saxlanmasına, onun inkişafına təminat verir. Milli mədəniyyət sahəsində həyata keçirilən fəaliyyət dövlətin himayəsindədir.

Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti

"Xalqımız qədim xalqdır, böyük tarixə, böyük mədəniyyətə malik olan xalqdır. Bu mədəniyyətimizi, onun qədimliyini, dünya miqyasında böyük şöhrətə malik olduğunu xalqımıza nə qədər dərindən çatdıra bilsək, bir o qədər də xalqımızın vətənpərvərlik hissini, həqiqi vətəndaşlıq hissini, azərbaycanlılıq hissini yüksəldərik".

Heydər Əliyev

"Azərbaycanın paytaxtı Bakı şəhərinin qədim və zəngin tarixi vardır. Ulu əcdadlarımızın bizə yadigar qoyduğu bu gözəl şəhərin hər bir guşəsi, hər bir daşı Azərbaycan xalqının yüksək dühasını, böyük qüdrətini, ulu mədəniyyətini əyani şəkildə nümayiş etdirir. Memarlıq tariximizin daş ensiklopediyası olan Bakı Azərbaycanın hər bir bölgəsində inşa edilmiş qədim tikililərlə, qırılmaz tellərlə bağlıdır."

Heydər Əliyev

"Görkəmli şəxsiyyətlər xalqımızın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını, dunyaya nümayış etdirirlər"

Heydər Əliyev

Müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyev bizə azərbaycançılıq kimi dərin bir fəlsəfi konsepsiyanı bəxş edərək, Azərbaycan dilini, Azərbaycan tarixini, Azərbaycan mədəniyyətini və milli-mənəvi dəyərlərimizi qorumağı dönə-dönə tövsiyyə etmişdir.

Ilham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Xalqımızın milli sərvəti olan İçərişəhər hələ yüzillər bundan əvvəl şəhərsalma sənətinin əzəmətli təzahürüdür. Burada ucaldılmış Qız qalası, Qala divarları, Şirvanşahlar sarayı,kompleksinin şöhrəti dünyaya yayılmışdır. Orta əsrlər şəhər mədəniyyətinin təcəssümü kimi kompleksə daxil olan məscidlər, karvansara, zorxana, Bazar meydanı və digər tikililər mühəndis, memarlıq həllinin kamilliyi baxımından iftixar hissi doğurur.

Ilham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

"Azərbaycan xalqı Novruz bayramına ən hərarətli münasibət bəsləyir, o bizim üçün ən başlıca, ən gözəl bayramdır."

Ilham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

"Bu yaxınlarda İçərişəhər tarixi kompleksinin qorunması üçün lazımi tədbirlər görülmüşdür. Qədim tarixmiz olan İçərişəhəri qorumalıyıq və abadlaşdırmalıyıq"

Ilham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Milli irsimizin heykəli olan İçərişəhərdə Azərbaycan Memarlıq sənətinin ən gözəl nümunələri tarixi yaddaşımızın təkrarolunmaz inciləri mövcuddur. Bu mədəni məkanın hər daşını qorumaq, onları öyrənmək yaddaşlara həkk olunmuş qədim tariximizi nəsildən-nəslə ötürmək bizim mənəvi borcumuzdur.

Mehriban Əliyeva
Heydər Əliyev fondunun prezidenti
YUNESCO-nun Xoşməramlı səfiri

Azərbaycan mənim ürəyimdir, Azərbaycan mənim vətənimdir, Azərbaycan mənim həyatımdır. Həyatım boyu vətənimə, ölkəmə, xalqıma xidmət etmişəm. Mən bəxtəvərəm ki, xalqıma etdiyim xidmətlərim qiymətləndirilibdir.

Heydər Əliyev