Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
Sayt üzrə naviqasiya
İçindəki
NK-nin qərar və sərəncamları
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında Qərarı № 136
(13 iyun 2008-ci il)
Bakı şəhəri, 13 iyun 2008-ci il
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında
“Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Əsasnaməsinin, İdarənin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 may tarixli 574 nömrəli Fərmanının tətbiqi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 31 yanvar tarixli 704 nömrəli Fərmanının 5.1-ci və 6.3-cü bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən abidələr və dövlət mülkiyyətində olan, o cümlədən dövlət yaşayış və qeyri-yaşayış fonduna daxil olan tikililər bu qərarın 1 nömrəli əlavəsinə uyğun olaraq müvafiq təşkilatların balansından Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin balansına verilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin balansında olan tarix-memarlıq abidələrinin, bina və tikililərin siyahısı bu qərarın 2 nömrəli əlavəsinə uyğun olaraq təsdiq edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Bakı şəhəri, İçərişəhər, A.Zeynallı küçəsi, 20 ünvanındakı bunada yerləşdirilsin.
4. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının
Baş naziri
A.Rasi-zadə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2008-ci il 13 iyun
tarixli 136 nömrəli qərarına
1 nömrəli əlavə
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin balansına verilən abidələrin, dövlət mülkiyyətinə məxsus qeyri-yaşayış binalarının, tikililərin və binaların qeyri-yaşayış sahələrinin
S İ Y A H I S I
| Sıra №-si | Təşkilatların yerləşdiyi binalar | Ünvan |
|---|---|---|
| 1 | 2 | 3 |
| 1 | “Azərxalça” Elmi İstehsalat Birliyinin yerləşdiyi binanın qeyri-yaşayış hissəsi | Qüllə küçəsi, 20, 22 |
| 2 | “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yerləşdiyi qeyri-yaşayış binası | Böyük Qala küçəsi, 41 |
| 3 | “Bakıelektrikşəbəkə” Səbail İdarəsinin yerləşdiyi memarlıq abidəsi | Böyük Qala küçəsi, 53 |
| 4 | 5 saylı qaz xidməti sahəsinin yerləşdiyi binanın qeyri-yaşayış hissəsi | Sabir küçəsi, 25 |
| 5 | AMEA-nın Milli Folklor İnstitutunun yerləşdiyi qeyri-yaşayış binaları | 8-ci Kiçik Qala döngəsi, 31, 33 |
| 6 | Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Muzey əşyalarının bərpa mərkəzinin yerləşdiyi “Bəylər” məscidi | Məmmədyarov küçəsi, 47 |
| 7 | Şirvanşahlar Sarayı kompleksi muzeyinin müdiriyyətinin yerləşdiyi bina | Kiçik Qala küçəsi, 44/46 |
| 8 | “Azərbərpa” Elmi-tədqiqat Layihə İnstitutunun yerləşdiyi qeyri-yaşayış binası | Asəf Zeynallı küçəsi, 20/85 |
| 9 | Bakı şəhər Mədəniyyət İdarəsinin yerləşdiyi qeyri-yaşayış binası | Mirzə Şəfi küçəsi, 4 |
| 10 | “Muğam” teatrının yerləşdiyi ikimərtəbəli karvansara | Həqiqət Rzayeva küçəsi, 9 |
| 11 | “Buta” Marionet Teatr-studiyasının yerləşdiyi qeyri-yaşayış binası | M.Maqomayev küçəsi, 20 |
| 12 | Səbail rayonu, 46 saylı uşaq bağçasının yerləşdiyi qeyri-yaşayış binası | 1-ci Qəsr döngəsi, 30 |
| 13 | Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Bədii sərgi salonunun yerləşdiyi binanın qeyri-yaşayış hissəsi | Böyük Qala küçəsi, 19 |
| 14 | Səbail Rayon Polis İdarəsinin 19 saylı sahə Polis məntəqəsinin yerləşdiyi binanın qeyri-yaşayış hissəsi | Böyük Qala küçəsi, 18 |
| 15 | Azərbaycan Milli Sülh Komitəsinin yerləşdiyi qeyri-yaşayış binası | Böyük Qala küçəsi, 28 |
| 16 | AHİK-in Bakı Səyahətlər və Ekskursiyalar Bürosunun yerləşdiyi qeyri-yaşayış binası | Sabir küçəsi, 7 |
| 17 | AHİK-in Bakı Səyahətlər və Ekskursiyalar Bürosunun istifadəsində olan “Molla Əhməd” məscidi | Sabir küçəsi, 9 |
| 18 | “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yerləşdiyi binanın qeyri-yaşayış hissəsi | Azəf Zeynallı küçəsi, 65 |
| 19 | “İçərişəhər” Tarix Muzeyinin yerləşdiyi “Hacı Banu” hamamı | Azəf Zeynallı küçəsi, 67 |
| 20 | “Karvansara” restoranının yerləşdiyi “Buxara” karvansarayı | Qüllə küçəsi, 2 |
| 21 | “Karvansara” restoranının yerləşdiyi “Moltanı” karvansarayı | Qüllə küçəsi, 9 |
| 22 | “Şirvanşahlar sarayı” Muzeyinin filialının yerləşdiyi “Qız Qalası” abidəsi | Neftçilər prospekti, 99 |
| 23 | “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil-kommunal və təmir xidmətinin yerləşdiyi binanın qeyri-yaşayış hissəsi | 9-cu Maqomayev döngəsi, 6 |
| 24 | “Şirvanşahlar sarayı” kompleksinə aid memarlıq abidələri | Qala döngəsi, 76 |
| 25 | MSK-nın Seçkilər İnformasiya Mərkəzinin yerləşdiyi qeyri-yaşayış binası | Əziz Əliyev küçəsi, 9 |
| 26 | AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun muzeyinin yerləşdiyi qeyri-yaşayış binası | Qüllə küçəsi, 19 |
| 27 | Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin idman klubunun yerləşdiyi binanın qeyri-yaşayış hissəsi | Neftçilər prospekti, 91 |
| 28 | “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-istehsalat bərpa emalatxanasının yerləşdiyi “Təkiyə” memarlıq abidəsi | 4-cü Böyük Qala döngəsi, 5 |
| 29 | 623 saylı aptekin yerləşdiyi “Qasım bəy” hamamı | Vəli Məmmədon küçəsi, 4 |
Aparatın rəhbəri
A.Hacıyev
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2008-ci il 13 iyun
tarixli 136 nömrəli qərarı ilə
təsdiq edilmişdir
2 nömrəli əlavə
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin balansında olan abidələrin, qeyri-yaşayış binalarının, tikililərin və binaların qeyri-yaşayış sahələrinin
S İ Y A H I S I
| Sıra №-si | Memarlıq abidəsinin adı | İnventar №-si | Təsnifat dərəcəsi | Yerləşdiyi ünvan |
|---|---|---|---|---|
| 1 | 2 | 3 | 4 | 5 |
| 1 | Qeyri-yaşayış binası | 2173 | yerli | Qüllə küçəsi, 15 |
| 2 | Yaşayış binasının qeyri-yaşayış sahəsi | 2176 | yerli | Qüllə küçəsi, 20 |
| 3 | Yaşayış binasının qeyri-yaşayış sahəsi | 2177 | yerli | Qüllə küçəsi, 22 |
| 4 | Qeyri-yaşayış binası | ----- | ----- | Böyük Qala küçəsi, 41 |
| 5 | Kilsə | 2157 | yerli | Böyük Qala küçəsi, 53 |
| 6 | Karvansara | 2508 | yerli | Sabir küçəsi, 25 |
| 7 | Qala divarında hücrə | 66 | ölkə | Kiçik Qala küçəsi, 108-ci evin qarşı hissəsi |
| 8 | Dördbucaqlı qala | 75 | ölkə | Kiçik Qala küçəsi, 15 |
| 9 | “Hacı Heybət” məscidi | 2170 | yerli | 8-ci Kiçik Qala küçəsi, 10 |
| 10 | “Hacı Banu” məscidi | 77 | ölkə | 8-ci Kiçik Qala küçəsi, 20 |
| 11 | Qeyri-yaşayış binaları | 2455 | yerli | 8-ci Kiçik Qala küçəsi, 31, 33 |
| 12 | “Bəylər” məscidi | 2376 | yerli | Məmmədyarov küçəsi, 47 |
| 13 | Yaşayış binası | 2173 | yerli | Qüllə küçəsi, 15 |
| 14 | Yaşayış binası | 2507 | yerli | Sabir küçəsi, 21 |
| 15 | “Xanlar” məscidi | 90 | ölkə | Firdovsi küçəsi, 20 |
| 16 | Yaşayış binası | 2450 | yerli | 8-ci Kiçik Qala küçəsi, 20a |
| 17 | Yaşayış binası | 2408 | yerli | Kiçik Qala küçəsi, 44/46 |
| 18 | “Çin” məscidi | 67 | ölkə | Qala döngəsi, 7/9 |
| 19 | “Ağa Mikayıl” hamamı | 76 | ölkə | Kiçik Qala küçəsi, 16 |
| 20 | “Gileyli” məscidi | 82 | ölkə | Mirzə Mənsur küçəsi, 5 |
| 21 | Yaşayış binası | 2235 | yerli | 1-ci Qəsr döngəsi, 15 |
| 22 | “Qasım bəy” hamamı | 83 | ölkə | Vəli Məmmədov küçəsi, 4 |
| 23 | Yaşayış binası | 2102 | yerli | Azəf Zeynallı küçəsi, 8 |
| 24 | “Şeyx İbrahim” məscidi | 87 | ölkə | Azəf Zeynallı küçəsi, 25 |
| 25 | Məscid | 86 | ölkə | Azəf Zeynallı küçəsi, 18 |
| 26 | Yaşayış binası | 2108 | yerli | Azəf Zeynallı küçəsi, 20/85 |
| 27 | Yaşayış binası | 2496 | yerli | Neftçilər prospekti, 83 |
| 28 | “Təkiyə” memarlıq abidəsi | ---- | ölkə | Böyük Qala küçəsi, 1 |
| 29 | Kiçik karvansara | 80 | ölkə | Azəf Zeynallı küçəsi, 22 |
| 30 | Cümə məscidi və minarə | 89 | ölkə | Azəf Zeynallı küçəsi, 49 |
| 31 | Kiçik karvansara, hücrə-otaq | ---- | ---- | Azəf Zeynallı küçəsi, 22a |
| 32 | Kiçik karvansara, hücrə-otaq | ---- | ---- | Azəf Zeynallı küçəsi, 22b |
| 33 | Yaşayış binası | 2122 | yerli | Mirzə Şəfi küçəsi, 4 |
| 34 | “Aşur” məscidi | 91 | ölkə | Azəf Zeynallı küçəsi, 55 |
| 35 | Məscid-mədrəsə | 88 | ölkə | Azəf Zeynallı küçəsi, 63 |
| 36 | Yaşayış binası | ---- | yerli | Böyük Qala küçəsi, 6 |
| 37 | Yeraltı tikililər | 2186-2187 | yerli | Həqiqət Rzayeva küçəsi, 11 |
| 38 | İkimərtəbəli karvansara | 81 | ölkə | Həqiqət Rzayeva küçəsi, 9 |
| 39 | Yaşayış binası | 2289 | yerli | M.Maqomayev küçəsi, 20 |
| 40 | “Xıdır” məscidi | 84 | ölkə | M.Maqomayev küçəsi, 24 |
| 41 | Yaşayış evi | ---- | yerli | 1-ci Qəsr döngəsi, 30 |
| 42 | Yaşayış evinin qeyri-yaşayış sahəsi | 2260 | yerli | 1-ci Qəsr döngəsi, 50 |
| 43 | “Çin” məscidi | 2374 | yerli | Məmmədyarov küçəsi, 40 |
| 44 | Yaşayış evinin qeyri-yaşayış sahəsi | 2183 | yerli | Böyük Qala küçəsi, 19 |
| 45 | Yaşayış evinin qeyri-yaşayış sahəsi | 2124 | yerli | Böyük Qala küçəsi, 3 |
| 46 | Yaşayış evi | 68 | ölkə | Böyük Qala küçəsi, 14 |
| 47 | Yaşayış evinin qeyri-yaşayış sahəsi | 2137 | yerli | Böyük Qala küçəsi, 23 |
| 48 | Yaşayış evinin qeyri-yaşayış sahəsi | 2135 | yerli | Böyük Qala küçəsi, 21 |
| 49 | Yaşayış evinin qeyri-yaşayış sahəsi | 2132 | yerli | Böyük Qala küçəsi, 18 |
| 50 | Yaşayış evi | 2142 | yerli | Böyük Qala küçəsi, 28 |
| 51 | “Mirzə Əhməd” məscidi | 2182 | yerli | Hərb küçəsi, 6 |
| 52 | “Molla Əhməd” məscidi | 85 | ölkə | Sabir küçəsi, 9 |
| 53 | Qeyri-yaşayış evi | 2502 | yerli | Sabir küçəsi, 7 |
| 54 | “Təkiyə” memarlıq abidəsi | 74 | ölkə | 4-cü Böyük Qala döngəsi, 5 |
| 55 | Yaşayış evinin qeyri-yaşayış sahəsi | 2121 | yerli | Azəf Zeynallı küçəsi, 65 |
| 56 | Yaşayış evinin zirzəmisi | 2121 | yerli | Azəf Zeynallı küçəsi, 65 |
| 57 | “Hacı Banu” hamamı | 92 | ölkə | Azəf Zeynallı küçəsi, 67 |
| 58 | Məscid | Azəf Zeynallı küçəsi, 69 | ||
| 59 | “Hacı Banu” hamamının qazanxanası | 92 | ölkə | Azəf Zeynallı küçəsi, 67 |
| 60 | Yeraltı tikililər | 2121 | yerli | Azəf Zeynallı küçəsi, 65 |
| 61 | Qız Qalası | 2.2 | dünya | Neftçilər prospekti, 99 |
| 62 | “Buxara” karvansarayı | 78 | ölkə | Qüllə küçəsi, 2 |
| 63 | “Moltanı” karvansarayı | 79 | ölkə | Qüllə küçəsi, 9 |
| 64 | “Ağa Zeynal” hamamı | 2479 | yerli | Səftər Quliyev küçəsi, 5 |
| 65 | Yaşayış evinin qeyri-yaşayış sahəsi | 2274 | yerli | Əziz Əliyev küçəsi, 1 |
| 66 | “Məhəmməd” məscidi | 2.1 | dünya | Mirzə Mənsur küçəsi, 42 |
| 67 | “Hacı Qaib” məscidi | 2356 | yerli | Mirzə Mənsur küçəsi, 41 |
| 68 | Qeyri-yaşayış binası | 2160 | yerli | 3-cü Böyük Qala döngəsi, 5 |
| 69 | Qeyri-yaşayış binası | 2323 | yerli | M.Maqomayev küçəsi, 95 |
| 70 | Qeyri-yaşayış binası | 2324 | yerli | M.Maqomayev küçəsi, 97 |
| 71 | Qeyri-yaşayış binası | 2320 | yerli | M.Maqomayev küçəsi, 90 |
| 72 | Yaşayış binasının qeyri-yaşayış sahəsi | 2352 | yerli | 9-cu M.Maqomayev döngəsi, 6 |
| 73 | Yaşayış evinin zirzəmisi | 2130 | yerli | Böyük Qala küçəsi, 38 |
| 74 | Qeyri-yaşayış binası | ---- | ---- | Böyük Qala küçəsi, 6 |
| 75 | Qeyri-yaşayış binası | ---- | ---- | Vəli Məmmədov döngəsi, 4 |
| 76 | Qeyri-yaşayış binası | 2175 | yerli | Qüllə küçəsi, 19 |
| 77 | Yaşayış binasının qeyri-yaşayış sahəsi | 2124-2125 | yerli | Böyük Qala küçəsi, 3/5 |
| 78 | Qeyri-yaşayış binası | 2276 | yerli | Əziz Əliyev küçəsi, 9 |
| 79 | Yaşayış binasının qeyri-yaşayış sahəsi | 2536 | yerli | Mirzə Mənsur küçəsi, 61 |
| 80 | Yaşayış binasının qeyri-yaşayış sahəsi | 2490 | yerli | Neftçilər prospekti, 103 |
| 81 | Yaşayış binasının qeyri-yaşayış sahəsi | 2488 | yerli | Neftçilər prospekti, 91 |
| 82 | Yaşayış binasının qeyri-yaşayış sahəsi | 2488 | yerli | Neftçilər prospekti, 91 |
| 83 | Yaşayış binasının qeyri-yaşayış sahəsi | 2172 | yerli | Qüllə küçəsi, 8/10 |
| 84 | Yaşayış binasının qeyri-yaşayış sahəsi | 2276 | yerli | Əziz Əliyev küçəsi, 5 |
| 85 | Yaşayış binasının qeyri-yaşayış sahəsi | 2488 | yerli | Neftçilər prospekti, 91 |
| 86 | Yaşayış binasının qeyri-yaşayış sahəsi | 2296 | yerli | M.Maqomayev küçəsi, 30, 32 |
| 87 | Yaşayış binasının qeyri-yaşayış sahəsi | ---- | bərpa | M.Maqomayev küçəsi, 101, 103 |
| 88 | “Şirvanşahlar sarayı” kompleksi | 3 | dünya | Qala döngəsi, 76 |
Sayt üzrə axtarış









