Azərbaycan Respublikasının Dövlət Gerbi

Azərbaycan Respublikası Nazirlər Kabineti

Milli mədəniyyət sərvətlərinin mühafizəsinin, kənara çıxarılmasının və onlardan istifadə Qaydalarının təsdiq edilməsi haqqında

Bakı şəhəri, 15 oktyabr 1998-ci il

«Mədəniyyət haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 16 aprel tarixli 698 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. «Milli mədəniyyət sərvətlərinin mühafizə Qaydaları», «Milli mədəniyyət sərvətlərindən istifadə Qaydaları», «Milli mədəniyyət sərvətlərinin Azərbaycan Respublikasından kənara çıxarılması Qaydaları» təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri
A.RASİ-ZADƏ

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 oktyabr tarixli, 204 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Milli mədəniyyət sərvətlərinin mühafizə Qaydaları

1. Bu Qaydalar «Mədəniyyət haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində olan milli mədəniyyət sərvətlərinin mühafizə qaydasını müəyyən edir.

2. Milli mədəniyyət sərvətləri Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısında və mədəniyyət sərvətlərinin mühafizə siyahısında qeydə alındıqdan sonra onların mühafizəsi təmin olunur.

3. Dövlət milli mədəniyyət sərvətlərinin mühafizəsini təmin edir.

4. Milli mədəniyyət sərvətlərinin qorunmasına nəzarəti Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına və mədəniyyət sərvətlərinin mühafizə siyahısına uyğun olaraq Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində isə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi təmin edirlər. 5. Azərbaycan Respublikasının Nazirlər Kabineti tarix, arxeologiya, şəhərsalma, arxitektura və monumental sənət abidələrinin, təbii landşaft obyektlərinin mühafizəsini təmin etmək məqsədilə mühafizə zonalarını müəyyən edir və mühafizə zonaları haqqında normativ-hüquqi aktlar qəbul edir.
Bu halda mühafizə zonasında qalan torpaq sahəsinin mülkiyyətçisi və ya istifadəçisi mühafizə rejiminə riayət etməlidir.

6. Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilmiş obyektlər mülki dövriyyədən çıxarılır və Nazirlər Kabinetinin icazəsi olmadan onları ləğv etmək, başqa yerə köçürmək, surətini çıxarmaq və ya bərpa etmək olmaz.

7. Mədəniyyət sərvətləri mühafizəsinin (qabaqlayıcı, konservasiya, bərpa və xüsusi) dərəcəsinə uyğun olaraq mühafizə olunur.

8. Təbii landşaft, arxeologiya və arxitektura obyektlərinin, monumental sənət əsərlərinin tarixi əhəmiyyəti və qiyməti müəyyən olunanadək həmin obyektlərə mühafizənin qabaqlayıcı dərəcəsi şamil edilir. Öz səlahiyyətləri daxilində Nazirlər Kabineti, Mədəniyyət və Turizm Nazirliyi və «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə razılaşdırılmadan bu mədəniyyət sərvətlərinin sökülməsi, başqa yerə köçürülməsi və zahiri görkəminin dəyişdirilməsi qadağandır.

9. Mühafizənin konservasiya dərəcəsi, istifadədən tamamilə çıxarılmalı və ya Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin, «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzarəti altında məhdud dairədə istifadə edilməli olan mədəniyyət sərvətlərinə aid edilir. Həmin mühafizə dərəcəsi əlyazmalara, nadir arxiv sənədlərinə, nadir kitablara, qoruqlara və s. mədəniyyət sərvətlərinə şamil olunur.

10. Mühafizənin bərpa dərəcəsi, ilkin mədəniyyət təyinatına qaytarılması üçün bərpa işlərinə ehtiyacı olan mədəniyyət sərvətlərinə şamil edilir. Mühafizənin bərpa dərəcəsi tətbiq olunana qədər obyekt barədə konservasiya dərəcəsi müəyyən edilə bilər.

11. Xüsusi mühafizə dərəcəsi Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil olan milli mədəniyyət əmlakı obyektlərinə şamil edilir.

12. Mədəniyyət sahəsində inhisarın qarşısının alınmasını Azərbaycan Respublikasının Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi həyata keçirir.

13. Milli mədəniyyət sərvətlərinin mülkiyyətçisinin və ya istifadəçisinin, dini təyinatlı mədəniyyət sərvətlərinin isə müvafiq dini qurumun razılığı olmadan onların surətləri çıxarıla, habelə onlardan turizm, ekskursiya və reklam məqsədilə istifadə edilə bilməz.

14. Subyektin milli mədəniyyət sərvətlərini saxlamağa imkanı olmadıqda, mülkiyyətçinin arzusu ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi onun saxlamağa imkanı olan subyektə satılmasını təşkil edir və ya saxlanma xərclərini dövlət hesabına götürür.

15. Mülkiyyətində, idarəçiliyində, yaxud istifadəsində milli mədəniyyət sərvətləri olan müəssisə, idarə və təşkilatlar, eləcə də vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada həmin sərvətlərin mühafizəsini təmin etməyə borcludurlar.

16. Mədəniyyət sərvətlərinin və təbii landşaft obyektlərinin mühafizə rejimi təsdiq edilmiş müvafiq nizamnaməyə əsasən tənzimlənir.

17. Tarixi, elmi, bədii və s. dəyərlərə malik yeni aşkar olunan obyektlər müvafiq qaydada siyahıya alınma dövrünədək milli mədəniyyət sərvəti kimi mühafizə olunurlar.

18. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi mədəniyyət sərvətlərinə, onun mühafizəsinə dair qısa xarakteristikasını əks etdirən lövhənin vurulmasını təmin edirlər.

19. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Daxili İşlər Nazirliyi ilə birlikdə və öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi milli mədəniyyət sərvətlərinin mühafizəsinə təhlükə törədən, yaxud onlara xələl gətirə bilən nəqliyyat vasitələrinin, maşın və mexanizmlərin abidələrə yaxın yoldan, mühafizə zonasından istifadəsini məhdudlaşdıra və ya qadağan edə bilərlər.

20. Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilmiş daşınmaz mədəniyyət sərvətlərinin sökülməsi, görkəminin dəyişdirilməsi, köçürülməsi qadağandır. Müstəsna hallarda qanunvericilikdə nəzərdə tutulmuş qaydada (Nazirlər Kabinetinin icazəsi olduqda) abidələr köçürülə və ya görkəmi dəyişdirilə bilər.

Fövqəladə hallarla əlaqədar olaraq daşınar abidələr onların məhv edilməsi, oğurlanması və ya korlanması təhlükəsi qarşısında Azərbaycan Respublikası Prezidentinin qərarı əsasında müvəqqəti olaraq təhlükəsiz rayonlara köçürülə bilərlər.

21. Mədəni mübadilə məqsədilə müvəqqəti olaraq Respublikaya gətirilən və xarici ölkələrin mülkiyyətində olan mədəniyyət sərvətləri qarşılıqlı razılaşmaya əsasən dövlət tərəfindən qorunur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 oktyabr tarixli, 204 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Milli mədəniyyət sərvətlərindən istifadə Qaydaları

1. Bu Qaydalar «Mədəniyyət haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq, Azərbaycan Respublikası ərazisində milli mədəniyyət sərvətlərindən istifadə qaydalarını müəyyən edir.

2. Dövlət maddi və mənəvi mədəniyyət sərvətlərindən hər kəsin bərabər hüquqlarla istifadə etməsinə təminat verir.

3. Milli mədəniyyət sərvətlərindən onların tarixi və bədii təyinatı ilə bir araya sığmayan tərzdə istifadə edilməsi qadağandır.

4. Milli mədəniyyət sərvətlərindən istifadə müvafiq yönümlü mədəniyyət təsisatının üstünlük hüququ vardır.

5. Dini qurumlara məxsus olan və mədəniyyət sərvəti sayılan əşyalardan onların mədəniyyət təyinatı nəzərə alınmaqla istifadə edilir.

6. Milli mədəniyyət sərvətlərindən elmi, təhsil, mədəniyyət və s. məqsədlərlə istifadə muzey, kitabxana, sərgi, qoruq şəbəkələri və s. vasitəsilə ekskursiya, turizm və digər təbliğat formalarında həyata keçirilir.

7. Daşınmaz milli mədəniyyət sərvətlərindən elmi, mədəni və tərbiyəvi məqsədlərdən başqa Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və ya Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinin razılığına əsasən onlardan tarixi-bədii dəyərlərinə xələl gətirməmək şərti ilə təsərrüfat və digər məqsədlərlə də istifadə oluna bilər.

8. Dövlət mülkiyyətində olan milli mədəniyyət sərvətindən istifadə rejimini Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi yaxud Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsi müəyyən edir.

9. Xüsusi mülkiyyətin müxtəlif formalarından olan milli mədəniyyət sərvətləri onun sahibinin icazəsi ilə elmi, sərgi-ekspozisiya və s. mədəni tədbirlərdə istifadə edilə bilər. Bu halda istifadəçi həmin sərvətlərin qorunub saxlanılması üçün məsuliyyət daşıyır.

10. Dövlətə məxsus milli mədəniyyət sərvətlərindən istifadə nəticəsində əldə edilən vəsaitlər milli mədəniyyət sərvətlərinin qorunmasına və saxlanılmasına sərf edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 oktyabr tarixli, 204 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Milli mədəniyyət sərvətlərinin Azərbaycan Respublikasından kənara çıxarılması Qaydaları

1. Bu Qaydalar «Mədəniyyət haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq hüquqi və fiziki şəxslər tərəfindən (bundan sonra ərizəçilər) milli mədəniyyət sərvətlərinin Azərbaycan Respublikasından kənara çıxarılmasının qaydasını müəyyən edir.

2. Milli mədəniyyət sərvətləri yalnız Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və ya ərazi üzrə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində fəaliyyət göstərən müvafiq ekspert komissiyasının verdiyi mühafizə dərəcəsinə uyğun olaraq ixrac olunur. İxracın mümkünlüyü verilən mühafizə şəhadətnaməsi ilə müəyyən edilir.

3. Milli mədəniyyət sərvətlərinin Azərbaycan Respublikasından kənara çıxarılması üçün ərizəçi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və ya ərazi üzrə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində fəaliyyət göstərən müvafiq ekspert komissiyasına müəyyən olunmuş qaydada ərizə ilə müraciət edir. Komissiya 1 ay ərzində mədəniyyət sərvətinin mühafizə siyahısına daxil edildiyi barədə şəhadətnamə və ya onun sərbəst istifadəsinə icazə verir.

4. Mühafizə dərəcəsi verilməmiş mədəniyyət sərvətləri (onun sərbəst istifadəsinə dair icazə sənədi olduqda) mülkiyyətçi və ya istifadəçi tərəfindən sərbəst ixrac edilə bilər.

5. Müvəqqəti sərgi, qastrol səfərləri və bərpa prezentasiya, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi halları istisna olmaqla milli mədəniyyət əmlakı olan sərvətlərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması qadağandır. Bu sərvətlərin Azərbaycan Respublikasının hüdudlarından kənarda olması müddəti «Mədəniyyət haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, bir qayda olaraq, il ərzində altı aydan çox olmamalıdır.

6. Respublika ərazisinə qaytarılan milli mədəniyyət sərvətlərinə görə gömrük vergi və rüsumları ödənilmir.

Azərbaycan Respublikası Nazirlər Kabineti

Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına dəyişikliklər edilməsi barədə

Qərar № 84

Bakı şəhəri, 10 may 2000-ci il

«Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinin ləğv edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 3 fevral tarixli, 270 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. «Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinin məsələləri haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991-ci il 27 noyabr tarixli, 398 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.

2. «Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinin məsələləri haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 11 sentyabr tarixli, 500 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.

3. «M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası binasının normal istismar şəraitinin təmin edilməsi tədbirləri haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 16 iyun tarixli, 306 nömrəli qərarının 4-cü bəndində «Tarix və Mədəniyyət abidələrinin mühafizəsi və onlardan istifadə haqqında» Azərbaycan SSR-nin 1978-ci il 21 iyul tarixli, 925-IX nömrəli Qanununun 32-ci maddəsinə uyğun olaraq «Azərbaycan Respublikası Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinin» sözləri «Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin» sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 oktyabr tarixli, 204 nömrəli qərarı ilə təsdiq edilmiş «Milli mədəniyyət sərvətlərinin mühafizə Qaydaları»nın 4-cü, 9-cu, 14-cü və 18-ci bəndlərindən «Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsi» sözləri çıxarılsın və 19-cu bənddə «Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsi» sözləri «Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi» sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 oktyabr tarixli, 204 nömrəli qərarı ilə təsdiq edilmiş «Milli mədəniyyət sərvətlərindən istifadə Qaydaları»nın 7-ci və 8-ci bəndlərindən «və ya Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinin» və «və yaxud Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsi» sözləri çıxarılsın.

6. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri
A. RASİ-ZADƏ.

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 may 2000-ci il, № 5, maddə 365) («VneshExpertService»).

2 may 2006-cı il tarixli, 119 nömrəli qərara əsasən əlavə və dəyişikliklərlə(«VneshExpertService»).

Azərbaycan Respublikası Nazirlər Kabineti

Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr edilməsi haqqında

Qərar № 100

Bakı şəhəri, 3 iyun 2005-ci il

«Fövqəladə vəziyyət haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 27 aprel tarixli, 231 nömrəli Fərmanının 1.2-ci bəndinin icrası məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 oktyabr tarixli, 204 nömrəli qərarı ilə təsdiq edilmiş «Milli mədəniyyət sərvətlərinin mühafizə Qaydaları»nın 20-ci bəndinə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

«Fövqəladə hallarla əlaqədar olaraq daşınar abidələr onların məhv edilməsi, oğurlanması və ya korlanması təhlükəsi qarşısında Azərbaycan Respublikası Prezidentinin qərarı əsasında müvəqqəti olaraq təhlükəsiz rayonlara köçürülə bilərlər».

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 4 mart tarixli, 33 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və tütün məmulatının satış Qaydaları»na aşağıdakı məzmunda 15-ci bənd əlavə edilsin: «15. Fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə etil (yeyinti) spirtinin, alkoqollu içkilərin satışı üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi rejim yaradıla bilər».

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 57 nömrəli qərarı ilə təsdiq edilmiş «Narkotik vasitələrin, psixotrop maddələrin saxlanılması, alınması, satılması, əldə edilməsi, bölüşdürülməsi, buraxılması, daşınması, göndərilməsi, onlardan istifadə edilməsi, habelə narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinə dair sənədlərin tərtib edilməsi, saxlanılması və onların dövriyyəsi ilə əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş digər əməliyyatların həyata keçirilməsi Qaydası»na aşağıdakı məzmunda 1.15-ci bənd əlavə edilsin:

«1.15. Fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə narkotik vasitələr və psixotrop maddələrin dövriyyəsi üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi rejim yaradıla bilər».

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri
A. RASİ-ZADƏ.

Azərbaycan Respublikası Nazirlər Kabineti

Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər və əlavələr edilməsi haqqında

Qərar № 236

Bakı şəhəri, 21 dekabr 2005-ci il «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu haqqında Əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 fevral tarixli, 200 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. «Bakı şəhərində «İçəri şəhər» kompleksinin mühafizəsini, bərpasını və istifadəsini yaxşılaşdırmaq tədbirləri haqqında» Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin 1984-cü il 23 mart tarixli, 121 nömrəli qərarına aşağıdakı dəyişikliklər edilsin:

a) 3-cü bəndindən «sifarişçi və» sözləri çıxarılsın;

b) 4-cü bəndi, 5-ci bəndinin ikinci abzası və 10-cu bəndi çıxarılsın.

2. «Bakı şəhərində «İçəri şəhər» tarix-arxitektura qoruğu haqqında Əsasnamənin təsdiq edilməsi barəsində» Azərbaycan SSR Nazirlər Sovetinin 1985-ci il 2 sentyabr tarixli, 294 nömrəli qərarının 1-ci bəndi çıxarılsın.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 oktyabr tarixli, 204 nömrəli qərarı ilə təsdiq edilmiş «Milli mədəniyyət sərvətlərinin mühafizə Qaydaları»na aşağıdakı əlavə və dəyişikliklər edilsin:

a) 9-cu bəndindən «yaxud» sözü çıxarılsın;

b) 18-ci bəndində «yaxud» sözü «və öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi» sözləri ilə əvəz edilsin;

c) 19-cu bəndində «Daxili İşlər Nazirliyi ilə birlikdə» sözlərindən sonra «və öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi» sözləri əlavə edilsin, «bilər» sözü «bilərlər» sözü ilə əvəz edilsin;

ç) 20-ci bəndindən «və ya görkəmi dəyişdirilə» sözləri çıxarılsın.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 12 avqust tarixli, 130 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının mədəniyyət sərvətlərinin milli mədəniyyət əmlakının Dövlət Siyahısında və mədəniyyət sərvətlərinin mühafizə siyahısında qeydə alınması Qaydası»na aşağıdaka dəyişikliklər edilsin:

a) 3-cü bəndindən «, Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinin» sözləri çıxarılsın;

b) 6-cı bəndindən «, yaxud Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinə» sözləri çıxarılsın;

c) 10-cu və 15-ci bəndlərindən «və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsi» sözləri çıxarılsın;

ç) 12-ci bəndindən «və Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinin» sözləri çıxarılsın;

d) 13-cü bəndindən «və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinə» sözləri çıxarılsın.

5. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri
A. RASİ-ZADƏ.

Azərbaycan Respublikası Nazirlər Kabineti

Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına və sərəncamlarına dəyişikliklər edilməsi barədə

Qərar № 119

Bakı şəhəri, 2 may 2006-cı il

«Azərbaycan Respublikasının bəzi nazirliklərinin yenidən təşkil edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 30 yanvar tarixli, 359 nömrəli Fərmanının 4.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

I. Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına və sərəncamlarına aşağıdakı dəyişikliklər edilsin:
1. «Azərbaycan Respublikasında uşaqların və yeniyetmələrin yay istirahətinin təşkilinin təxirəsalınmaz tədbirləri haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin və AHİŞ-in 1992-ci il 11 iyun tarixli, 329 nömrəli qərarının 6-cı bəndində «Mədəniyyət» sözü «Mədəniyyət və Turizm» sözləri ilə və 8-ci bəndində «Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsi» sözləri «Gənclər və İdman Nazirliyi» sözləri ilə əvəz edilsin;

2. «Azərbaycan Respublikasında əlillərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli, 185 nömrəli qərarının 2-ci bəndində «Mədəniyyət» sözü «Mədəniyyət və Turizm» sözləri ilə, «Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsinə» sözləri «Gənclər və İdman Nazirliyinə» sözləri ilə əvəz edilsin və həmin qərarla təsdiq edilmiş «Azərbaycan Respublikasında əlillərin problemləri üzrə kompleks Proqram»ın:

5.3-cü və 5.4-cü bəndlərin 2-ci yarımbəndlərində «Mədəniyyət» sözü «Mədəniyyət və Turizm» sözləri ilə;
5.5-ci bəndinin 9-cu yarımbəndində «Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsi» sözləri «Gənclər və İdman Nazirliyi» sözləri ilə əvəz edilsin;

3. «Beynəlxalq Əlillər Günü»nün keçirilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 27 noyabr tarixli, 253 nömrəli qərarının 4-cü bəndində «Mədəniyyət» sözü «Mədəniyyət və Turizm» sözləri ilə, «İdman və Gənclər» sözləri isə «Gənclər və İdman» sözləri ilə əvəz edilsin;

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 aprel tarixli, 32 nömrəli qərarına əlavənin — «Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya»nın beşinci abzasında «P. Bülbüloğlu — mədəniyyət naziri» sözləri «Ə. Qarayev — mədəniyyət və turizm naziri» sözləri ilə, yeddinci abzasında isə «Ə. Qarayev — gənclər, idman və turizm naziri» sözləri «A. Rəhimov — gənclər və idman naziri» sözləri ilə əvəz edilsin;

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli, 38 nömrəli qərarı ilə təsdiq edilmiş «Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı»nın 30-cu bəndinin «Qeydlər» hissəsinin 1-ci yarımbəndində «Mədəniyyət» sözü «Mədəniyyət və Turizm» sözləri ilə əvəz edilsin;

6. «İdman tədbirlərinin keçirilməsi üçün büdcə vəsaitinin xərclənməsi qaydaları və normalarının təsdiqi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 1 iyul tarixli, 69 nömrəli qərarı ilə təsdiq edilmiş «Vahid təqvim planına uyğun olaraq keçirilən Ümumrespublika kütləvi bədən tərbiyəsi və idman tədbirlərinin iştirakçılarının maddi təminatı üçün vəsaitlərin xərclənməsinin qaydası və normaları»nın 2.2-ci və 2.3-cü bəndlərində və «İdman tədbirlərinin xatirə prizlərinin dəyərinin normaları»nın «Qeyd» hissəsində «Gənclər, İdman və Turizm» sözləri «Gənclər və İdman» sözləri ilə əvəz edilsin;

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 29 may tarixli, 119 nömrəli qərarı ilə təsdiq edilmiş «Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsi»nin II bölməsinin dördüncü və doqquzuncu abzaslarında «Gənclər, İdman və Turizm» sözləri «Gənclər və İdman» sözləri ilə əvəz edilsin;

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 oktyabr tarixli, 204 nömrəli qərarı ilə təsdiq edilmiş «Milli mədəniyyət sərvətlərinin mühafizə Qaydaları»nın 4-cü, 9-cu, 14-cü, 18-ci, 19-cu bəndlərində, «Milli mədəniyyət sərvətlərindən istifadə Qaydaları»nın 7-ci, 8-ci bəndlərində və «Milli mədəniyyət sərvətlərinin Azərbaycan Respublikasından kənara çıxarılması Qaydaları»nın 2-ci, 3-cü bəndlərində «Mədəniyyət» sözü «Mədəniyyət və Turizm» sözləri ilə əvəz edilsin;

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 oktyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Su obyektlərindən istirahət və idman üçün istifadə qaydaları haqqında Əsasnamə»nin 3.5.6-cı bəndində «Gənclər, İdman və Turizm» sözləri «Gənclər və İdman» sözləri ilə əvəz edilsin;

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş «Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə»nin 1.2-ci bəndinin 5-ci yarımbəndində «Gənclər, İdman və Turizm» sözləri «Gənclər və İdman» sözləri ilə əvəz edilsin;

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli, 40 nömrəli qərarı ilə təsdiq edilmiş «Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə»nin 1.1-ci bəndinin 5-ci yarımbəndində «Gənclər, İdman və Turizm» sözləri «Gənclər və İdman» sözləri ilə əvəz edilsin;

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 12 avqust tarixli, 130 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının mədəniyyət sərvətlərinin milli mədəniyyət əmlakının Dövlət Siyahısında və mədəniyyət sərvətlərinin mühafizə siyahısında qeydə alınması Qaydası»nın 3-cü, 5-ci, 6-cı, 10-cu, 12-ci, 13-cü və 15-ci bəndlərində «Mədəniyyət» sözü «Mədəniyyət və Turizm» sözləri ilə əvəz edilsin;

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli, 166 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları»nın 5-ci bəndinin on ikinci abzasında «Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinin» sözləri «Mədəniyyət və Turizm Nazirliyinin» sözləri ilə və 14.3-cü yarımbəndinin ikinci abzasında «Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsi» sözləri «Mədəniyyət və Turizm Nazirliyi» sözləri ilə əvəz edilsin;

14. «Gənclər tədbirlərinin keçirilməsi üçün büdcə vəsaitinin xərclənməsi normativinin təsdiqi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 28 dekabr tarixli, 206 nömrəli qərarının 1-ci bəndində «Gənclər, İdman və Turizm» sözləri «Gənclər və İdman» sözləri ilə əvəz edilsin;

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli, 30 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Milli Kitabxanasının Əsasnaməsi»nin 1.2-ci, 4.2-ci, 7.1-ci və 7.4-cü bəndlərində «Mədəniyyət» sözü «Mədəniyyət və Turizm» sözləri ilə əvəz edilsin;

16. «Olimpiya Oyunları, Olimpiya Proqramına daxil olan idman növləri üzrə Dünya və Avropa çempionatları və Kubok yarışlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli, 57 nömrəli qərarının 1-ci və 2-ci bəndlərində «Gənclər, İdman və Turizm» sözləri «Gənclər və İdman» sözləri ilə əvəz edilsin;

17. «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 10 may tarixli, 84 nömrəli qərarının 4-cü bəndində «Mədəniyyət» sözü «Mədəniyyət və Turizm» sözləri ilə əvəz edilsin;

18. «Mütəşəkkil formada bədən tərbiyəsi və idmanla məşğul olarkən sağlamlığına ziyan dəymiş vətəndaşlara tibbi, sosial və peşə reabilitasiyası üzrə xidmət göstərilməsi Qaydalarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 19 iyun tarixli, 103 nömrəli qərarının 1-ci bəndində «Gənclər, İdman və Turizm» sözləri «Gənclər və İdman» sözləri ilə əvəz edilsin;

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 4 avqust tarixli, 133 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında bədən tərbiyəsi və idmanın inkişafına sponsorluğun əsasları və qaydası»nın 4.4-cü bəndində «Gənclər, İdman və Turizm» sözləri «Gənclər və İdman» sözləri ilə əvəz edilsin;

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 4 sentyabr tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları»nın 4.4-cü bəndində «Mədəniyyət» sözü «Mədəniyyət və Turizm» sözləri ilə əvəz edilsin;

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 31 may tarixli, 105 nömrəli qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi Qaydaları»nın 2.12-ci bəndində «Mədəniyyət» sözü «Mədəniyyət və Turizm» sözləri ilə əvəz edilsin;

22. «Azərbaycan Respublikası Nazirlər Kabinetinin «İdman tədbirlərinin keçirilməsi üçün büdcə vəsaitinin xərclənməsi qaydaları və normalarının təsdiqi haqqında» 1997-ci il 1 iyul tarixli, 69 nömrəli qərarının 1 nömrəli əlavəsinə dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 31 may tarixli, 107 nömrəli qərarının 2-ci bəndində «Gənclər, İdman və Turizm» sözləri «Gənclər və İdman» sözləri ilə əvəz edilsin;

23. «Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyinin nəzdində Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzinin Əsasnaməsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 24 avqust tarixli, 140 nömrəli qərarının adında, 1-ci bəndində və həmin qərarla təsdiq edilmiş «Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyinin nəzdində Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzinin Əsasnaməsi»nin adında, 1.1-ci, 1.3-cü, 4.2-ci, 4.3-cü, 5.1-ci və 5.2-ci bəndlərində «Gənclər, İdman və Turizm» və «gənclər, idman və turizm» sözləri müvafiq olaraq «Gənclər və İdman» və «gənclər və idman» sözləri ilə əvəz edilsin;

24. «Respublika İdman Tibb Mərkəzinin yaradılması haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 8 sentyabr tarixli, 146 nömrəli qərarının 1-ci və 2-ci bəndlərində «Gənclər, İdman və Turizm» sözləri «Gənclər və İdman» sözləri ilə əvəz edilsin;

25. «Uşaq-Gənclər İdman məktəbləri və İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman məktəblərinin Nümunəvi Əsasnaməsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 oktyabr tarixli, 161 nömrəli qərarının preambulasında, həmin qərarla təsdiq edilmiş «Uşaq-Gənclər İdman məktəbləri və İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman məktəblərinin Nümunəvi Əsasnaməsi»nin 1-ci bölməsinin səkkizinci abzasında, 2-ci bölməsinin üçüncü abzasında, 4-cü bölməsinin ikinci və altıncı abzasında və 13-cü bölməsinin ikinci abzasında «Gənclər, İdman və Turizm» sözləri «Gənclər və İdman» sözləri ilə əvəz edilsin;

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 25 oktyabr tarixli, 168 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişikliklər edilən bəzi qərarlarının və sərəncamlarının Siyahısı»nın 2-ci, 4-cü, 5-ci, 6-cı, 8-ci, 9-cu, 11-ci, 12-ci, 13-cü, 18-ci, 19-cu, 21-ci, 23-cü və 25-ci bəndləri çıxarılsın;

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 18 aprel tarixli, 69 nömrəli qərarı ilə təsdiq edilmiş «Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamə»nin 3.1.1-ci bəndində «Mədəniyyət» sözü «Mədəniyyət və Turizm» sözləri ilə əvəz edilsin;

28. «Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin tabeliyində olan müəssisə və təşkilatlarda idman tədbirləri iştirakçılarının ümumi və xüsusi təyinatlı geyimlər və fərdi idman avadanlıqları ilə təminat normaları haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 31 iyul tarixli, 119 nömrəli qərarının adında, 1-ci, 2-ci, 3-cü bəndlərində və həmin qərarla təsdiq edilmiş «Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin tabeliyində olan müəssisə və təşkilatlarda idman tədbirləri iştirakçılarının ümumi və xüsusi təyinatlı geyimlər və fərdi idman avadanlıqları ilə təminat normaları»nın adında «Gənclər, İdman və Turizm» sözləri «Gənclər və İdman» sözləri ilə əvəz edilsin;

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 26 noyabr tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş «Gənclərin dövlət mülkiyyətində olan bədən tərbiyəsi və idman obyektlərindən istifadə Qaydaları»nın III bölməsinin üçüncü abzasında «Gənclər, İdman və Turizm» sözləri «Gənclər və İdman» sözləri ilə əvəz edilsin;

30. «Respublika Olimpiya İdman Liseyində təhsil alan idmançı-şagirdlər üçün qida normalarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli, 4 nömrəli qərarının 1-ci və 2-ci bəndlərində «Gənclər, İdman və Turizm» sözləri «Gənclər və İdman» sözləri ilə əvəz edilsin;

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 24 mart tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş «Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanmış idmançılara və onların məşqçilərinə xüsusi təqaüd verilməsi Qaydaları»nın 6-cı və 7-ci bəndlərində «Gənclər, İdman və Turizm» sözləri «Gənclər və İdman» sözləri ilə əvəz edilsin;

32. «Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli, 38 nömrəli qərarına əlavə və dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 11 may tarixli, 65 nömrəli qərarı ilə təsdiq edilmiş «Dövlət sifarişi ilə istehsal edilən kinofilmlərin yaradıcılarına ödənilən müəllif qonorarlarının və sair ödənilən haqların miqdarı və verilməsi Qaydaları»nın 5.8-ci, 6.1-ci, 6.4-cü bəndlərində və 6.2-ci bəndinin «c» yarımbəndində «Mədəniyyət» və «mədəniyyət» sözləri müvafiq olaraq «Mədəniyyət və Turizm» və «mədəniyyət və turizm» sözləri ilə əvəz edilsin;

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli, 92 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı»nın XXXIII fəslinin 70-ci bəndində «Mədəniyyət» sözü «Mədəniyyət və Turizm» sözləri ilə əvəz edilsin;

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 16 iyul tarixli, 97 nömrəli qərarı ilə təsdiq edilmiş «Turist-ekskursiya xidmətlərinin sertifikatlaşdırılması Qaydası»nın 1.2-ci, 1.4-cü, 2.1-ci, 2.2-ci, 2.3-cü, 3.3-cü bəndlərində və 2.7-ci bəndinin altıncı abzasında «Gənclər, İdman və Turizm» sözləri «Mədəniyyət və Turizm» sözləri ilə əvəz edilsin;

35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli, 149 nömrəli qərarı ilə təsdiq edilmiş «Büdcə xərclərinin inzibati təsnifatı»nda «Mədəniyyət» sözü «Mədəniyyət və Turizm» sözləri ilə və «Gənclər, İdman və Turizm» sözləri «Gənclər və İdman» sözləri ilə əvəz edilsin;

36. «Yüksək İdman Ustalığı Məktəbinin Nümunəvi Əsasnaməsi»nin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 26 oktyabr tarixli, 161 nömrəli qərarı ilə təsdiq edilmiş «Yüksək İdman Ustalığı Məktəbinin Nümunəvi Əsasnaməsi»nin 1.1-ci, 1.4-cü, 6.1-ci, 7.2-ci və 9.2-ci bəndlərində «Gənclər, İdman və Turizm» sözləri «Gənclər və İdman» sözləri ilə əvəz edilsin;

37. «Mədəniyyət sahəsinə xidmət edən bəzi müəssisələrin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə verilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 21 avqust tarixli, 456 nömrəli qərarında dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 4 noyabr tarixli, 170 nömrəli qərarının 1-ci bəndində «Mədəniyyət» sözü «Mədəniyyət və Turizm» sözləri ilə əvəz edilsin;

38. «Respublika Stend Atıcılığı İdman Məktəbinin yaradılması haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli, 85 nömrəli qərarının 1-ci və 2-ci bəndlərində «Gənclər, İdman və Turizm» sözləri «Gənclər və İdman» sözləri ilə əvəz edilsin;

39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 7 iyun tarixli, 101 nömrəli qərarı ilə təsdiq edilmiş «Şəkərli diabet üzrə Dövlət Proqramı»nın «Dövlət Proqramı çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan Tədbirlər»in 37-ci bəndində «Gənclər, İdman və Turizm» sözləri «Gənclər və İdman» sözləri ilə və 39-cu bəndində «Gənclər, İdman və Turizm Nazirliyi» sözləri «Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi» sözləri ilə əvəz edilsin;

40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli, 122s nömrəli sərəncamının 9-cu və 10-cu bəndlərində «Mədəniyyət» sözü «Mədəniyyət və Turizm» sözləri ilə əvəz edilsin;

41. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 17 fevral tarixli, 28s nömrəli sərəncamı ilə təsdiq edilmiş «Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi Proqramı»nın III bölməsinin 4-cü, 9-cu, 10-cu, 12-ci, 19-cu, 21-ci, 23-cü, 24-cü, 27-ci və 28-ci bəndlərində «Gənclər, İdman və Turizm» sözləri «Gənclər və İdman» sözləri ilə, 19-cu, 21-ci və 24-cü bəndlərində «Mədəniyyət» sözü «Mədəniyyət və Turizm» sözləri ilə əvəz edilsin;

42. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 3 fevral tarixli, 25s nömrəli sərəncamı ilə təsdiq edilmiş «Bədən tərbiyəsi və idmanın inkişafının Dövlət Proqramı»nın I bölməsinin 2-ci, 3-cü, 4-cü, 7-ci, 8-ci, 10-cu bəndlərində, II bölməsinin 7-ci, 10-cu bəndlərində, III bölməsinin 2-ci bəndində, IV bölməsinin 4-cü bəndində və V bölməsinin 3-cü bəndində «Gənclər, İdman və Turizm» sözləri «Gənclər və İdman» sözləri ilə əvəz edilsin;

43. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 4 noyabr tarixli, 232s nömrəli sərəncamı ilə təsdiq edilmiş «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»nın təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli, 298 nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin Tədbirlər Planı»nın 2.19-cu bəndində «Mədəniyyət» sözü «Mədəniyyət və Turizm» sözləri ilə əvəz edilsin.

II. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri
A. RASİ-ZADƏ.

Azərbaycan Respublikası Nazirlər Kabineti

Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər və əlavələr edilməsi haqqında

Qərar № 152

Bakı şəhəri, 1 oktyabr 2007-ci il

«Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Əsasnaməsinin, idarənin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 may tarixli, 574 nömrəli Fərmanının 5.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 oktyabr tarixli, 204 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 10, maddə 625; 2000-ci il, № 5, maddə 365; 2005-ci il, № 6, maddə 536, № 12, maddə 1235; 2006-cı il, № 5, maddə 463) ilə təsdiq edilmiş «Milli mədəniyyət sərvətlərinin mühafizə Qaydaları»na aşağıdakı dəyişiklik və əlavələr edilsin:

1.1. 4-cü bənddə «Mədəniyyət və Turizm Nazirliyi və» sözləri «Mədəniyyət və Turizm Nazirliyi, «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində isə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi» sözləri ilə əvəz edilsin;

1.2. 9-cu bənddə «Mədəniyyət və Turizm Nazirliyi» sözlərindən sonra «, «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin» sözləri əlavə edilsin;

1.3. həmin qərarla təsdiq edilmiş «Milli mədəniyyət sərvətlərindən istifadə Qaydaları»nın 7-ci bəndində «Mədəniyyət və Turizm Nazirliyinin» sözlərindən sonra «, «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin» sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 12 avqust tarixli, 130 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 8, maddə 526; 2005-ci il, № 12, maddə 1235; 2006-cı il, № 5, maddə 463) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının mədəniyyət sərvətlərinin milli mədəniyyət əmlakının Dövlət Siyahısında və mədəniyyət sərvətlərinin mühafizə siyahısında qeydə alınması Qaydası»na aşağıdakı əlavələr edilsin:

2.1. 5-ci və 6-cı bəndlərində «Mədəniyyət və Turizm Nazirliyinə» sözlərindən sonra «, yaxud Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə» sözləri əlavə edilsin;

2.2. 10-cu bənddə «(şəhərin, rayonun)» sözlərindən sonra «,«İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi» sözləri əlavə edilsin;

2.3. 12-ci bənddə «Mədəniyyət və Turizm Nazirliyinin» sözlərindən sonra «, «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin» sözləri əlavə edilsin;

2.4. 13-cü bənddə «Mədəniyyət və Turizm Nazirliyinə» sözlərindən sonra «və ya Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə» sözləri əlavə edilsin;

2.5. 15-ci bənddə «Mədəniyyət və Turizm Nazirliyi» sözlərindən sonra «,«İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi» sözləri əlavə edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 4 sentyabr tarixli, 160 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 9, maddə 686; 2006-cı il, № 5, maddə 463) ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları»nın 4.4-cü bəndində «Mədəniyyət və Turizm Nazirliyinin» sözlərindən sonra «, «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin» sözləri əlavə edilsin.

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri
A. RASİ-ZADƏ.

Azərbaycan Respublikası Nazirlər Kabineti

«Milli mədəniyyət sərvətlərinin mühafizəsinin, kənara çıxarılmasının və onlardan istifadə Qaydalarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 oktyabr tarixli, 204 nömrəli qərarına dəyişiklik və əlavələr edilməsi barədə

Qərar № 100

Bakı şəhəri, 25 aprel 2008-ci il

«Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Əsasnaməsinin, idarənin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 may tarixli, 574 nömrəli Fərmanının tətbiqi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 31 yanvar tarixli, 704 nömrəli Fərmanının 6.2-ci bəndinin icrası məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 oktyabr tarixli, 204 nömrəli qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 10, maddə 625; 2000-ci il, № 5, maddə 365; 2005-ci il, № 6, maddə 536, № 12, maddə 1235; 2006-cı il, № 5, maddə 463; 2007-ci il, № 10, maddə 1012) aşağıdakı dəyişiklik və əlavələr edilsin:

1.1. həmin qərarla təsdiq edilmiş «Milli mədəniyyət sərvətlərinin mühafizə Qaydaları»nın 8-ci bəndində «Nazirlər Kabineti ilə» sözləri «Öz səlahiyyətləri daxilində Nazirlər Kabineti, Mədəniyyət və Turizm Nazirliyi və «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə» sözləri ilə əvəz edilsin;

1.2. həmin qərarla təsdiq edilmiş «Milli mədəniyyət sərvətlərindən istifadə Qaydaları»nın 8-ci bəndində «Mədəniyyət və Turizm Nazirliyi,» sözlərindən sonra ««İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi» sözləri əlavə edilsin;

1.3. həmin qərarla təsdiq edilmiş «Milli mədəniyyət sərvətlərinin Azərbaycan Respublikasından kənara çıxarılması Qaydaları»nın 2-ci və 3-cü bəndlərində «Mədəniyyət və Turizm Nazirliyinin» sözlərindən sonra «və ya ərazi üzrə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin» sözləri əlavə edilsin.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri
A. RASİ-ZADƏ.