Çexiya rəsmisinin İçəri Şəhərlə Tanışlığı

14/05/2010
Çexiya Respublikasının Baş nazirinin müavini və xarici işlər naziri cənab Yan Kohoutun başçılıq etdiyi nümayəndə heyətinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanışlığı və Qoruq ərazisində gəzintisi keçirilmişdir. Gəzinti zamanı qonaqlara “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, habelə burada aparılan son təmir, abadlaşdırma və restavrasiya işləri barədə ətraflı məlumat verilmişdir....>>>
photo

İçəri Şəhərdə “Meydan Bazarı” müjdəsi

14/05/2010
Xalqımızın mədəni, tarixi, memarlıq və etnoqrafik irsinin incisi - İçəri Şəhərin intibahı və populyarlaşması konsepsiyasının tərkib hissəsi olan “Meydan Bazarı” layihəsi yenidən reallaşmaq üzrədir....>>>
photo

İçərişəhərdə “İncəsənət Bağı”nın açılışı olmuşdur

11/05/2010
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən İçəri Şəhərin turizm infrastruktrunun zənginləşdirilməsi və xalq sənətkarlığının hərtərəfli dəstəklənməsi istiqamətində işlər görülməkdədir. Bu istiqamətdə önəmli bir addım kimi İçərişəhər ərazisindəki “Kiçik Karvansara” abidəsində yerləşən Azərbaycan təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi – “İncəsənət Bağı”nın fəaliyyətini göstərmək olar....>>>
photo

İçəri Şəhərdə nadir muzey eksponatlarından ibarət sərgi olacaq

08/05/2010
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən İçəri Şəhərdə muzey işinin sistemləşdirilməsi, bu sahədə fəaliyyətin gücləndirilməsi, muzey eksponatlarının təqdimatının ən müasir üsullarla həyata keçirilməsi ardıcıl surətdə davam etdirilir....>>>
photo

İçəri Şəhərdə ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş tədbir

07/05/2010
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə dəyirmi masa keçirilmişdir.
“Azərbaycan xalqının milli sərvəti olan İçərişəhər tarix-memarlıq qoruğunun qorunub saxlanılması, geniş təbliğ edilməsi və gələcək nəsillərə çatdırılması Azərbaycan dövlətinin, hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur.”...>>>

Stavropol vilayətinin nümayəndə heyətinin İçəri Şəhərlə tanışlığı

29/04/2010
Azərbaycanda səfərdə olan Rusiyanın Stavropol vilayətinin nümayəndə heyəti “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna gəlmişdir. Səfər proqramına uyğun olaraq qonaqların İçəri Şəhərlə tanışlığı və Qoruq ərazisində gəzintisi keçirildi.
Rusiyalı qonaqların gəzintisi Qoşa Qala Qapıları ilə tanışlıqdan başlandı. Sözügedən abidə, həmçinin Qala divarlarının tarixi barədə geniş informasiya təqdim edildi....>>>
photo

İçəri Şəhər qonaqları üçün audiobələdçi xidməti fəaliyyətdədir

23/04/2010
İçərişəhərdə yerləşən qədim abidələr xalqımızın zəngin mədəni keçmişini təcəssüm etdirir və onun təbliğində xüsusi rol oynayır. Gün ərzində yüzlərlə turist YUNESKO-nun “Dünya İrs Siyahısı”nda olan İçərişəhərlə tanış olmaq üçün bura baş çəkir, Azərbaycanın tarixi ilə canlı təmasda olurlar....>>>
photo

Şirvanşahlar Sarayında tarixi gün qeyd olunur

17/04/2010
18 aprel- Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü İçəri Şəhərin çoxəsrlik tarixə malik, dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan “Şirvanşahlar Sarayı Kompleksi”ndə geniş qeyd olunacaqdır....>>>

İçəri Şəhərdə elmi-praktiki konfrans

16/04/2010
18 aprel- Beynəlxalq abidələr və Tarixi yerlər Günü ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təşkil edilmiş tədbirlər çərçivəsində elmi-praktiki konfrans keçiriləcəkdir....>>>
photo

İçəri Şəhərdə tədbirlər həftəsi

16/04/2010
18 aprel- "Beynəlxalq abidələr və Tarixi yerlər Günü" kimi dünya miqyasında qeyd olunur. Bu əlamətdar gün 1983-cü ildə YUNESKO-nun nəzdində yaradılmış Abidələrin və Tarixi Yerlərin Mühafizəsi üzrə Beynəlxalq şuranın (İCOMOS) qərarı ilə elan olunmuşdur....>>>