26.04.2016 26.04.2016 Qazaxıstan parlamenti Senatının sədri Kasım-Jomart Tokayev Azərbaycana səfəri çərçivəsində İçərişəhərlə tanış olub. Qonağı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndələri qarşılayıb.

Qazaxıstan parlamenti Senatının sədri Kasım-Jomart Tokayev gəzinti zamanı Şərq memarlıq üslubunda tikilmiş tarixi-memarlıq abidələri, Qız Qalası, Şirvanşahlar Saray Kompleksi kimi dünya əhəmiyyətli abidələr, eləcə də karvansaraylar, hamamlar, məscidlər, ölkə və yerli əhəmiyyətli digər abidələrlə zəngin olan Qədim Qala divarları ilə əhatələnmiş unikal şəhərsalma kompleksi olan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada yerləşən muzey ekspozisiyaları ilə tanış olub.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəxri qonaqlar kitabına öz ürək sözlərini yazan qonaq İçərişəhərlə tanışlıqdan məmnunluğunu və xoş arzularını ifadə edib.

Sonda cənab Kasım-Jomart Tokayevə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin xatirə hədiyyələri təqdim olunub.

26.04.2016 26.04.2016