25.04.2016 Bruney-Darüssalam Dövlətinin xarici işlər naziri Jok Seng Lim Azərbaycana səfəri çərçivəsində İçərişəhərlə tanış olub. Qonağı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndələri qarşılayıb.

Bruney-Darüssalam Dövlətinin xarici işlər naziri Jok Seng Lim gəzinti zamanı Şərq memarlıq üslubunda tikilmiş tarixi-memarlıq abidələri, Qız Qalası, Şirvanşahlar Saray Kompleksi kimi dünya əhəmiyyətli abidələr, eləcə də karvansaraylar, hamamlar, məscidlər, ölkə və yerli əhəmiyyətli digər abidələrlə zəngin olan Qədim Qala divarları ilə əhatələnmiş unikal şəhərsalma kompleksi olan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada yerləşən muzey ekspozisiyaları ilə tanış olub.

Sonda cənab Jok Seng Limə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin xatirə hədiyyələri təqdim olunub.

Bruney-Darüssalam Dövlətinin xarici işlər naziri Jok Seng Lim Bakının tarixi hissəsi ilə tanışlıqdan məmnunluğunu ifadə edib.

25.04.2016 25.04.2016