25.04.2016 YUNESKO Baş direktorunun təhsil üzrə müavini Qian Tang Azərbaycana səfəri çərçivəsində İçərişəhərlə tanış olub. Qonağı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndələri qarşılayıb. p class="font_size_12" align="justify">YUNESKO Baş direktorunun təhsil üzrə müavini Qian Tang gəzinti zamanı Şərq memarlıq üslubunda tikilmiş tarixi-memarlıq abidələri, Qız Qalası, Şirvanşahlar Saray Kompleksi kimi dünya əhəmiyyətli abidələr, eləcə də karvansaraylar, hamamlar, məscidlər, ölkə və yerli əhəmiyyətli digər abidələrlə zəngin olan Qədim Qala divarları ilə əhatələnmiş unikal şəhərsalma kompleksi olan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada yerləşən muzey ekspozisiyaları ilə tanış olub. p class="font_size_12" align="justify">İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin fəaliyyəti ilə tanışlıq da cənab Qian Tangın böyük marağına səbəb olub. Cənab Tang batika, keramika, zərgərlik və taxta üzərində oyma sənəti nümunələrinin nümayiş edildiyi sərgi ilə tanışlıqdan sonra Mərkəzin emalatxanasında iş prosesini izləyib. YUNESKO Baş direktorunun təhsil üzrə müavini Mərkəzdə tədris prosesinin təşkili sistemi, təlim üsulları ilə yaxından maraqlanıb. Qonağa Mərkəzin əsas fəaliyyət istiqamətlərindən olan tədris prosesi barədə ətraflı məlumat verilib. p class="font_size_12" align="justify"> “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəxri qonaqlar kitabına öz ürək sözlərini yazan qonaq İçərişəhərlə tanışlıqdan məmnunluğunu və xoş arzularını ifadə edib. p class="font_size_12" align="justify">Sonda cənab Qian Tanga “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin xatirə hədiyyələri təqdim olunub.

25.04.2016 25.04.2016

25.04.2016 25.04.2016