28 noyabr tarixində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən Tahir Salahovun ev-muzeyində rəssamın yaradıcılığına və ictimai fəaliyyətinə həsr olunmuş sərginin açılışı keçirilmişdir. Ev-muzeydə müasir Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, SSRİ xalq rəssamı Tahir Teymur oğlu Salahovun Azərbaycan dövlətinə bağışladığı özünün rəsm əsərlərindən və şəxsi arxivindən ibarət kolleksiya nümayiş olunur. Kolleksiya 700-dən artıq eksponatdan ibarətdir. Sərgi rəssamın qarşıdan gələn doğum gününə həsr olunmuşdur.

29.11.2012 Sərgidə giriş sözü ilə çıxış edən “İçərişəhər” Qoruğu İdarəsinin rəis müavini Samir Nuriyev sərgini açıq elan edərək ev-muzeyin yaradılmasından və onun qarşısında duran vəzifələrdən danışmışdır.

Açılış mərasimində həmçinin “İçərşəhər” Qoruğunun Ağsaqqallar şurasının sədri Fərid Xanlarov, Tahir Salahovun dostu, rəssam Sakit Məmmədov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru Fuad Salayev çıxış etmişlər. Çıxış edənlər Tahir Salahovun ad günü ərəfəsində belə bir tədbirin keçirilməsinin əhəmiyyətindən, rəssamın təkrarolunmaz yaradıcılığından, milli mədəniyyətimizin beynəlxalq aləmdə tanınmasına verdiyi töhfələrdən danışmış və rəssamın irsinin qorunub saxlanmasının vacibliyini vurğulamışlar.

29.11.2012 29.11.2012