05.11.2011 Azərbaycanda səfərdə olan məşhur yazıçı Boris Akuninin İçəri Şəhərdə gəzintisi keçirilmişdir. Bakı şəhərinin tarixi mərkəzi ilə tanışlığı zamanı qonağa dünya şəhərsalma sənətinin nadir nümunəsi olan İçəri Şəhər barədə ətraflı informasiya verilmişdir.

Tanışlıq İçəri Şəhərin ən qədim məscidi olan Məhəmməd Məscidi ilə başlamışdır. Qonağa XI əsrdə inşa olunmuş Məhəmməd Məscidinin tarixi və ötən il başa çatmış muzey konservasiyası işləri barədə məlumat verilmişdir.

“Kiçik Karvansara” abidəsində yerləşən təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi – “İncəsənət Bağı”nda olan B.Akunin, burada milli üslublarda hazırlanmış hücrələrlə və tətbiqi sənət nümunələri ilə tanış olmuşdur.

Cənab Akuninin İçəri Şəhərlə tanışlığı Bakının simvolu – əzəmətli Qız Qalası abidəsinin qeyri-adi memarlıq özəllikləri barədə dolğun məlumat verilməsi ilə davam etmişdir. Xüsusilə də, Qız Qalasına çıxmaqla şəhərimizin təkrarolunmaz mənzərəsini seyr edən qonaq tarixi e.ə VIII-VII əsrlərə gedib çıxan bu abidəyə heyranlığını gizlədə bilməmişdir.

05.11.2011 Daha sonra yaxınlıqdakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki ekspozisiyaya baxışla tanışlıq davam etdirilmişdir

Tanınmış yazıçı Qədim Bakının ticarət əlaqələrindən xəbər verən karvansaralardan biri olan XV əsrin yadigarı Buxara karvansarasında olmuşdur. Buxara Karvansarası ilə tanış olan qonağa bu abidənin Azərbaycanın Orta Asiya ölkələri və həmçinin Özbəkistanın Buxara şəhəri ilə zəngin tarixi, iqtisadi-mədəni əlaqələrə malik olmasının göstəricisi olduğu bildirilmişdir.

İçəri Şəhərin ən böyük meydanı olan Qoşa Qala Qapısı meydanında olan qonağa meydan, Qala divarları və onun inşasının tarixi barədə geniş informasiya təqdim edilmişdir.

Kiçik Qala küçəsində yerləşən təndirdə cənab Akunin Azərbaycan milli mətbəxinin ləziz nümunəsi olan “ənənəvi” təndir çörəyinin hazırlanması prosesi ilə tanış edilmişdir.

05.11.2011 Gəzintinin davamında qonaq оrtа əsr mеmаrlığının şаh əsərlərindən biri оlаn Şirvаn hаkimlərinin iqаmətgаhı “Sirvanşahlar Sarayı Kompleksi”ndə olmuşdur. Qonaq kompleksə daxil olan hər bir abidənin memarlıq-inşaat xüsusiyyəti və tarixi barədə ətraflı məlumatla tanış edilmişdir. Sаrаy binаsı, Divаnхаnа, Dərviş türbəsi, Şərq dаrvаzаsı (pоrtаl), sаrаy məscidi, Kеy-Qubаd məscidi, sаrаy türbəsi, hаmаm və оvdаn kimi 9 tikilidən ibarət bu möhtəşəm saray kompleksini bütövlükdə gəzən qonaq yazıçı gördüklərindən heyran olduğunu bildirmişdir.

Sonda tarixi məkandan xoş təəssüratlarla ayrılan və qədim şəhərin dar küçələrindən valeh olduğunu dəfələrlə bildirən Boris Akuninə xatirə hədiyyələri təqdim olunmuş və qonaq İçəri Şəhərin Fəxri Qonaqlar Kitabında ürək sözlərini qeyd etmişdir.