29/07/2010   Azərbaycanda rəsmi səfərdə olan YUNESKO-nun baş direktoru xanım İrina Bokovanın İçəri Şəhər ərazisində gəzintisi keçirilmişdir. Qoruq ərazisində keçirilən gəzinti zamanı qonağa YUNESKO-nun “Dünya İrsi Siyahısı”na daxil edilmiş İçəri Şəhər, habelə Konservasiya üzrə Master Plan əsasında burada aparılan son  abadlaşdırma və restavrasiya işləri barədə ətraflı informasiya verilmişdir.

   Xanım qonaq İçəri Şəhərlə tanışlığa 2000-ci ildən YUNESKO-nun “Dünya İrsi Siyahısı”na daxil olmuş оrtа əsr mеmаrlığının şаh əsərlərindən biri оlаn Şirvаn hаkimlərinin iqаmətgаhı “Sirvanşahlar Sarayı Kompleksi” ilə başlamışdır. Qonaq kompleksə daxil olan hər bir abidənin memarlıq-inşaat xüsusiyyəti və tarixi barədə ətraflı məlumatla tanış edilmişdir.

   Gəzinti zamanı xanım Bokova Qoşa Qala Qapıları meydanıQoşa Qala Qapıları barədə məlumatlandırılmışdır.

   Multanı və Buxara Karvansaraları ilə tanış olan diplomata bu abidələrin Azərbaycanın Orta Asiya və şərq ölkələri ilə zəngin ticarət mədəni əlaqələrə malik olmasının göstəricisi olduğu bildirilmişdir.

   Daha sonra çoxəsrlik tarixə malik əzəmətli, dünya əhəmiyyətli abidə Qız Qalası ilə tanışlıq baş tutmuşdur.

   Qonaq həmçinin Sıratağlı dini-memarlıq kompleksinin (“Bazar Meydanı”) ərazisindəki yenidən təşkil olunmuş daş eksponatların ekspozisiyası ilə tanış olmuşdur.

   Eyni zamanda xanım qonağa digər dünya əhəmiyyətli abidə Məhəmməd məscidi və burada aparılan muzey konservasiya işləri barədə  məlumat verilmişdir.

   Sonda xanım Bokova yeni bərpa olunmuş “Kiçik Karvansara” abidəsində yerləşən təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi – “İncəsənət Bağı”nda olmuş və burada sərgilənən rəsm əsərlərinə tamaşa etmişdir.

   Yekun olaraq xanım İrina Bokova İçəri Şəhərin Fəxri Qonaqlar Kitabında öz ürək sözlərini qeyd etmişdir.