İyulun 28-də Türkiyənin xarici ticarət məsələləri üzrə dövlət naziri Zəfər Çağlayanın başçılıq etdiyi geniş tərkibli nümayəndə heyətinin  “İçərişəhər” Tarix-Memarlıq Qoruğu ilə tanışlığı və Qoruq ərazisində gəzintisi keçirilmişdir. İlk öncə qonaqlara YUNESKO-nun “Dünya İrsi Siyahısına” daxil edilmiş İçəri Şəhər ərazisində Konservasiya üzrə Master Plan əsasında aparılan təmir, abadlaşdırma və restavrasiya işləri barədə geniş informasiya verilmişdir.  

    Qonaqların İçəri Şəhərlə tanışlığı Bakının rəmzi, dünya əhəmiyyətli abidə olan Qız Qalası ilə başlamışdır. Qız Qalasının tarixi-memarlıq xüsusiyyətləri barədə zəngin məlumat qonaqların diqqətinə çatdırılmışdır.

    Qüllə küçəsi ilə davam edən gəzinti zamanı qonaq Azərbaycanın qədim iqtisadi əlaqələrindən xəbər verən Buxara və Multanı karvansaraları ilə  tanış edilmişdir.   

    Daha sonra qonaqlara Qoşa Qala Qapıları, həmçinin Qoşa Qala Qapıları meydanı və Qala divarlarının tarixi barədə geniş məlumat verilmişdir.

   Yekunda Zəfər Çağlayan İçəri Şəhərin Fəxri Qonaqlar Kitabında öz ürək sözlərini qeyd etdimişdir.