Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
Sayt üzrə naviqasiya
İçindəki
Xəbərlər
Yarımilliyin yekunlarına həsr edilmiş toplantı
19 iyul tarixində Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin 2010-cu ilin birinci yarımilliyinin yekunlarına həsr olunmuş hesabat iclası keçirilmişdir.
İclası giriş nitqi ilə açan İdarə rəisi Mikayıl Cabbarov hesabat dövrü ərzində görülmüş işlər və idarənin qarşısında duran vəzifələr barədə danışmışdır. Natiq aparılan işlərin YUNESKO-nun “Dünya İrsi Siyahısına” daxil edilmiş İçəri Şəhərə ölkə başçısı cənab İlham Əliyev tərəfindən göstərilən qayğı sayəsində reallaşdığını iclas iştirakçılarının diqqətinə çatdırmışdır.
Daha sonra İdarənin rəis müavini Samir Nuriyev abidələrin mühafizəsi sahəsində görülən işlərdən danışmış, ölkə rəhbərliyinin göstərişinə əsasən Qoruq ərazisində qəzalı binalarda məskunlaşmış 52 nəfərdən ibarət məcburi köçkün ailələrinin Bakı şəhərində yeni tikilmiş binalarda mənzillərlə təmin olunduğunu qeyd etmişdir.
Natiqlərdən “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarix-Memarlıq qoruq muzeyinin direktoru hesabat dövrü ərzində muzey fondunun inventarlaşdırılmasının həyata keçirildiyini, 91 mindən artıq muzey ziyarətçisinin olduğunu, muzeyin daxilolmalarının ötən illə müqayisədə dəfələrlə artması barədə məlumat vermişdir.
Elmi-mədəni mərkəzin rəhbəri turizm infrastrukturunun inkişafı ilə bağlı aparılmış işlərdən, o cümlədən, audiogidlərin, elektromobillərin istifadəyə verilməsi, müxtəlif növ təbliğat materiallarının çapı haqqında informasiya vermişdir.
Toplantıda həmçinin İdarənin və İdarənin tabeliyində olan qurumların digər rəhbər şəxsləri hesabat nitqləri ilə çıxış etmişlər.
Toplantıya yekun vuran İdarə rəisi Mikayıl Cabbarov İçəri Şəhərin qorunması ilə yanaşı inkişafının da İdarənin qarşısında vəzifə olduğunu bir daha vurğulamışdır.
Sayt üzrə axtarış









