Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
Sayt üzrə naviqasiya
İçindəki
Xəbərlər
Mavritaniyanın prezidenti İçəri Şəhərə gəlmişdir
Mavritaniya İslam Respublikasının prezidenti Məhəmməd Uld Əbdüləziz Azərbaycana rəsmi səfəri çərçivəsində İçəri Şəhərdə olmuşdur. Qonağa YUNESKO-nun “Dünya İrsi Siyahısına” daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində həyata keçirilmiş təmir, abadlaşdırma və restavrasiya işləri barədə geniş informasiya verilmişdir. Azərbaycan xalqının mədəni irsinin incisi “Şirvаnşаhlаr Sаrаyı Kompleksi” ilə tanışlıq zamanı prezidentə kompleksə daxil olan abidələr haqqında ətraflı məlumat verilmişdir.
Qoruq ərazisində gəzinti Qoşa Qala qapıları meydanı ilə davam etdirilmiş, qonaq bu ifadənin yaranma tarixi və Qala divarları barədə informasiya ilə tanış edilmişdir. Gəzinti zamanı Prezident həmçinin Sıratağlı dini-memarlıq kompleksinin (“Bazar Meydanı”) ərazisindəki yenidən təşkil olunmuş daş eksponatların ekspozisiyası ilə tanış olmuşdur. İçəri Şəhərlə tanışlıq XII əsr abidəsi əzəmətli görüntüsü, ucalığı və xarici görkəmi ilə Abşeronun, eləcə də Azərbaycanın müdafiə istehkamları içərisində diqqəti cəlb edən Qız
Qalası ilə davam etmişdir. Sonda qonaq İçəri Şəhər ərazisindəki yeni bərpa olunmuş “Kiçik Karvansara” abidəsində yerləşən təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi – “İncəsənət Bağı”nda olmuş və burada sərgilənən rəsm əsərlərinə tamaşa etmişdir. Gəzintidən sonra cənab Məhəmməd Uld Əbdüləziz İçəri Şəhərin Fəxri Qonaqlar Kitabında ürək sözlərini yazmışdır.
Sayt üzrə axtarış












