15.07.2010

Portuqaliyanın xarici işlər naziri Luis Amadonun “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanışlığı və Qoruq ərazisində gəzintisi keçirilmişdir.  Gəzinti zamanı qonağa dünya şəhərsalma sənətinin nadir nümunəsi, YUNESKO-nun “Dünya İrsi Siyahısı”na daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu və Konservasiya üzrə Master Plan əsasında burada aparılan təmir, abadlaşdırma və restavrasiya işləri barədə ətraflı məlumat verilmişdir. Tanışlıq  dünya əhəmiyyətli abidə “Şirvаnşаhlаr Sаrаy Kompleksi” ilə başlamışdır.  Kompleksin bu günə qədər öz tarixi-memarlıq xüsusiyyətlərini saxlaması qonağın diqqətinə çatdırılmışdır.Diplomatın İçəri Şəhərdə gəzintisi Qoşa Qala qapıları meydanı ilə davam etdirilmişdir. Qonağa Qoşa Qala qapılarının və Qala divarlarının tarixi barədə ətraflı məlumat verilmişdir.
Daha sonra gəzinti    çoxəsrlik tarixə malik ölkə əhəmiyyətli abidə, Azərbaycanın zəngin iqtisadi-mədəni əlaqələrindən xəbər verən  Buxara Karvansarası ilə tanışlıqla davam etdirilmişdir.Bir neçə min illik tarixə malik, ölkəmizin ən möhtəşəm  abidələrindən olan, Bakının rəmzi Qız Qalası və onun unikal memarlıq xüsusiyyətləri barədə məlumat nazirin  marağına səbəb olmuşdur.  Yekunda cənab Luis Amado İçəri Şəhərin Fəxri Qonaqlar Kitabında öz ürək sözlərini  qeyd etmişdir.15.07.2010