18.06.2010 Azərbaycanda səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Şura Məclisinin Sədri Abdullah bin Məhəmməd bin İbrahim Al Əş-Şeyxin rəhbərlik etdiyi nümayəndə heyətinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanışlığı və Qoruq ərazisində gəzintisi keçirilmişdir. Qonaqların İçəri Şəhər gəzintisi zamanı dünya şəhərsalma sənətinin nadir nümunəsi, YUNESKO-nun “Dünya İrsi Siyahısı”na daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, habelə burada aparılan son təmir, abadlaşdırma və restavrasiya işləri barədə ətraflı məlumat verilmişdir.

Gəzinti dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan “Şirvanşahlar Sarayı Kompleksi” ilə tanışlıqdan başlamışdır. Burada Şirvanşahlar Sarayı Kompleksinin bənzərsiz memarlıq xüsusiyyətləri və tarixi barədə informasiya əcnəbi qonaqların diqqətinə çatdırıldı.

18.06.2010

Azərbaycanın Mərkəzi Asiyanın müxtəlif ölkələri ilə ticarət əlaqələrinin sübutu olan – Buxara Karvansarası ilə tanışlıqla gəzinti davam etdirilmişdir.

Sonda çoxəsrlik tarixə malik, Bakının simvolu əzəmətli Qız Qalası, onun tarixi və strukturu barədə geniş informasiya verildi.