Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
Sayt üzrə naviqasiya
İçindəki
Xəbərlər
Çin rəsmisi İçəri Şəhərdə olmuşdur
Azərbaycanda səfərdə olan Çin Kommunist Partiyası Siyasi Bürosu Daimi Komitəsinin üzvü Xı Qotsyanın başçılıq etdiyi çoxsaylı nümayəndə heyətinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanışlığı və Qoruq ərazisində gəzintisi keçirilmişdir. Çinli qonaqlar burada dünya şəhərsalma sənətinin nadir incisi olan İçəri Şəhər və Konservasiya üzrə Master Plan əsasında aparılan təmir, abadlaşdırma və restavrasiya işləri barədə geniş informasiya verildi.
Gəzinti ölkəmizin ən qədim abidələrindən olan Qız Qalası ilə tanışlıqdan başlamış, daha sonra Azərbaycanın geniş tarixi iqtisadi-mədəni əlaqələrindən xəbər verən, ölkə əhəmiyyətli abidə olan Buxara karvansarası haqqında ətraflı məlumat verilməsilə davam etdirilmişdir.
İçəri Şəhərin diqqətəlayiq abidələrindən olan Qoşa Qala Qapıları barədə tarixi ekskursdan sonra Kiçik Qala küçəsi ilə davam edən gəzinti zamanı qonaqlar burada həyata keçirilən işlərlə tanış oldular.
Sonda çinli qonaqlar üçün ortа əsr şərq mеmаrlığının şаh əsəri, çoxəsrlik tarixə malik Şirvanşahlar Sarayı Ansamblı ilə tanışlıq keçirildi.
Sayt üzrə axtarış









