“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində foto, video və kino çəkilişlərin aparılmasının tənzimlənməsi haqqında

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində foto, video və kino çəkilişlərin aparılmasının tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Əsasnaməsinin 9.13-cü və 14.5-ci bəndlərini rəhbər tutaraq:...>>>

AĞSAQQALLAR ŞURASININ YARADILMASI
HAQQINDA

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 may tarixli 574 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Əsasnaməsinin 24-cü bəndi ilə Qoruq sakinlərinin ictimai rəyini nəzərə almaq və mövcud məsələlərin həllində şəffaflığı təmin etmək məqsədi ilə Ağsaqqalar şurasının yaradılması nəzərdə tutulmuşdur....>>>

AĞSAQQALLAR ŞURASI HAQQINDA
ƏSASNAMƏ

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” DTMQ İdarəsinin “21” oktyabr 2009-cu il tarixli 17 nömrəli sərəncamı ilə təsdiq edilmişdir...>>>

ELMİ – TEXNİKİ ŞURA HAQQINDA
ƏSASNAMƏ

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” DTMQ İdarəsinin 24 sentyabr 2009-cu il tarixli 10 nömrəli sərəncamı ilə təsdiq edilmişdir...>>>

MEMARLIQ LAYİHƏLƏRİ ÜZRƏ EKSPERT QRUPU HAQQINDA
ƏSASNAMƏ

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” DTMQ İdarəsinin 24 sentyabr 2009-cu il tarixli 10 nömrəli sərəncamı ilə təsdiq edilmişdir....>>>

24 sentyabr 2009-cu il
SƏRƏNCAM № 10
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-texniki şurasının yaradılması haqqında

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 may tarixli 574 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Əsasnaməsinin 23-cü bəndi ilə Qoruq sahəsində elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün İdarədə ictimai əsaslarla fəaliyyət göstərən Elmi-texniki şurasının yaradılması nəzərdə tutulmuşdur...>>>

21 may 2009-cu il
S Ə R Ə N C A M № 05
Binaların fasadlarından peyk antennalarının demontaj edilməsi haqqında

Bakı şəhərində, o cümlədən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində son dövrlərdə aparılan abadlıq və təmir işləri, tarixi binaların fasadlarının təmizlənməsi, park və meydanların müasir üslubda yenidən qurulması paytaxtımızın ümumi görkəminin gözəlləşməsinə xidmət edir. Buna baxmayaraq bir çox binalarının fasadları üzərində hələ də elektrik naqillərin, kondisionerlərin, peyk antennalarının və s. qeyri-estetik görsənən konstruksiyaların mövcudluğu həmin binaların xarici görkəminə xələl gətirir, ilkin görünüşünü təhrif edir, üzərində olan orijinal ornamentlərin və dekorativ elementlərin bağlanmasına gətirib çıxarır...>>>

20 may 2009-ci il
S Ə R Ə N C A M № 03
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisinə yük və təchizat avtomobillərinin girişinin tənzimlənməsi haqqında

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində hərəkət edən ağır yük və təchizat avtomobilləri qədim bina və tikililərin dayanıqlığına ciddi təsir göstərir, yol örtüklərin dağılmasına, mühəndis xətlərinin və qurğularının sıradan çıxmasına səbəb olur. İçərişəhərdə yerləşən tarix-memarlıq abidələrinin milli-mədəni sərvət kimi qorunub saxlanılması və nəqliyyatın hərəkətinin müvafiq qaydada təşkil edilməsi məqsədi ilə, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Əsasnaməsinin 8.13 bəndini rəhbər tutaraq...>>>

12 may 2009-ci il
S Ə R Ə N C A M № 01
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən abidələrdən istifadə məsələlərinin tənzimlənməsi haqqında

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2005-ci il tarixli 200 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu Əsasnaməsinin 8-ci və 10-cu bəndlərinə əsasən Qoruq ərazisində yerləşən dövlət və ya bələdiyyə mülkiyyətində olan dünya və ölkə əhəmiyyətli daşınmaz abidələrin, onların ayrı-ayrı hissələrinin icarəyə verilməsi qadağandır və onlardan yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada istifadə oluna bilər. Buna baxmayaraq, İdarənin əməkdaşlarının keçirdikləri monitorinqlər zamanı Qoruq ərazisindəki bir sıra ölkə əhəmiyyətli abidələrin icarədə olduqları müəyyən edilmişdir...>>>

İSTİFADƏ QAYDALARI

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” DTMQ İdarəsinin 12.05.2009-cu il tarixli 1 №-li sərəncamı ilə təsdiq edilmişdir
Abidədən istifadə və qoruma öhdəliyinə dair mühafizə müqaviləsinə 1№-li əlavə...>>>