İnsаn Resurslаrı bizim əsas varlığımızdır.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İnsan Resursları siyasəti dəyərlərmizi mənimsəyən bir komanda formalaşdırmaqla idarəmizin strateji məqsədlərinə çatmağa xidmət edir. 

İdarəmizdə işə qəbul sistemi

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bu gün mədəni irsimizin qorunması və Qoruğun idarə olunması sahəsində uğurlu fəaliyyət göstərir.

İdarəmizin struktur qurumlarına menecment, iqtisadiyyat, maliyyə, İT, kadr, hüquq, tarix, memarlıq, energetika, turizm, mədəniyyət, muzey işi, marketinq sahəsində gənc , peşakar, potensiallı və təşəbbüskarlığı ilə xarakterizə olunan mütəxəssislərin cəlb edilməsinə maraqlıdır.

Əgər kifayət qədər iddialısınızsa, uğurlu iş həyatı əldə etmək istəyirsinizsə və ən vacibi bir komandada işləmək arzusundasınızsa bizə iş üçün müraciyyətlərinizi göndərə bilərsiniz.

Hal- hazırda Sizə uyğun vakant vəzifə yoxdursa , Sizin CV-niz bizim kadrlar xidmətinin bazasına əlavə olunacaq və uyğun vakansiya olduqda Sizinlə əlaqə yaradılacaq.

e-mail: hr@icherisheher.gov.az