Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
Sayt üzrə naviqasiya
İçindəki
Fərmanlar və sərəncamlar
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(31 yanvar 2008-ci il)
"Mədəniyyət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 16 aprel tarixli və "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli fərmanlarına dəyişiklik və əlavələr edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 fevral tarixli 200 nömrəli fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:
1."Mədəniyyət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 16 aprel tarixli 698 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, N4, maddə 244; 2002-ci il, N1, maddə 14; 2005-ci il, N7, maddə 596; Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 sentyabr tarixli 466 nömrəli fərmanı) 2-ci bəndində:
1.1. doqquzuncu abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin;
1.2. bəndə aşağıdakı məzmunda onuncu abzas əlavə edilsin:
"həmin qanunun 36-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi öz səlahiyyətləri daxilində həyata keçirir.".
2. "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, N6, maddə 386; 2002-ci il, N1, maddə 14; Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 sentyabr tarixli 466 nömrəli fərmanı) 2-ci bəndində:
2.1. beşinci abzasda "Mədəniyyət və Turizm Nazirliyi" sözlərindən sonra ", öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi" sözləri əlavə edilsin; 2.2. onuncu abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin;
2.3. bəndə aşağıdakı məzmunda on birinci abzas əlavə edilsin:
"həmin qanunun 13-cü maddəsinin birinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini və 12-ci maddəsinin ikinci hissəsində, 15-ci maddəsinin ikinci hissəsinin birinci cümləsində, 20-ci maddəsinin birinci və ikinci hissələrində, 21-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi öz səlahiyyətləri daxilində həyata keçirir.".
3. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 noyabr 2006-cı il
Sayt üzrə axtarış









