Ana səhifə

Bu sözlərin uzun illərdən bəri günümüzə gəlib çatan ənənəsi vardır. Xalqımız bu sözlərlə evinə, obasına, yurduna gələn qonaqları salamlayaraq onlara hörmətini bildirir. Elimizin ənənəsinə sadiq qalaraq biz də Sizi öz evimizdə – İçəri Şəhərdə belə salamlayırıq:

İçəri Şəhərə xoş gəlmişsiniz !

İçəri Şəhərin çox qədim tarixi vardır. Əcdadlarımızın inşa etdirdiyi bu şəhərin dəqiq tarixini müəyyən etmək çox çətindir, lakin onun minilləklərlə mövcudluğunu bu gün də ərazisində yerləşən abidələr də təsdiqləyir.
Son illər İçəri Şəhərdə görülən işləri cəmiyyət təqdir edir. Bu gün memarlığımızın və mədəniyyətimizin nadir incisi hərtərəfli diqqət mərkəzindədir. Dövlət başçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqəti nəticəsində bu gün İçəri Şəhər özünün intibah dövrünü yaşayır. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaradılması ilə bu gün Bakının ürəyi olan İçəri Şəhərdə abadlaşdırma, təmir-bərpa işləri bu köhnə şəhərin ab-havasına uyğun şəkildə müvəffəqiyyətlə aparılır. Bu işlərin həyata keçirilməsində ictimaiyyətimizin görkəmli xadimləri və ilk növbədə ölkəmizin birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva yaxından iştirak edirlər.
Qədim İçəri Şəhərin yeni veb-saytının (səhifəsinin) müntəzam olaraq mükəmməlləşdirilməsi və daha da zənginləşdirilməsi üçün başladığımız işləri davam etdirəcəyik. Eyni zamanda Siz də bu proseslərdən kənarda qalmayaraq qeydlərinizi, təkliflərinizi bizə göndərin.
Əziz qonaqlarımız! Ümidvarıq ki, Sizə təqdim olunan bu səhifəmizi maraqla izləyəcəksiniz. Və əlbəttə ki özünüz, dostlarınız, ailə üzvləriniz və qonaqlarınızla birgə İçəri Şəhərə təşrif buyurun. Elə qapılarımız da bu sözlərlə Sizi salamlayacaq:
İçəri Şəhərə xoş gəlmişsiniz !

XƏBƏRLƏR VƏ YENİLİKLƏR

“Muzeydə bir gecə” müsabiqəsinin qalibləri müəyyənləşdirilib

18/05/2012 
18 may - Beynəlxalq Muzeylər Günü İçəri Şəhərdə maraqlı və innovativ ekskursiya layihələri arasında keçirilən “Muzeydə bir gecə” müsabiqəsinin qalibləri müəyyənləşdirilmişdir....>>>

İçəri Şəhərdə “Muzeylər günü” qeyd ediləcək

18/05/2012
18 may - Beynəlxalq Muzeylər Günü münasibəti ilə İçəri Şəhərdə yerləşən Qız Qalası, Sıratağlı dini-memarlıq kompleksi, Şirvanşahlar Sarayı Kompleksi, Çin məscidində sərgilənən numizmatik ekpozisiyada, eləcə də “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “açıq qapı” günü elan edilir....>>>